Əsas menu

Çərşənbə, İyun 12th, 2019

 

Azərbaycandan 5,5 milyard manat çıxaran şəxslərə hökm oxundu

Azərbaycandan 5,5 milyard manat pul çıxarmaqda ittiham edilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin məhkəməsi bitib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rüfət Vəliyev 15 il, Malik Əliyev isə əvvəlki cəzası ilə birləşməklə 13 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri AzərƏtraflı oxu


Yasamalda yanan binadan 83 nəfər təxliyyə olundu (VİDEO)

Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Qaynarinfo-nun FHN-ə istinadən məlumatına görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 17:49 dəqiqədə söndürülüb. Əlavə məlumat veriləcək. *** Çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hərƏtraflı oxu


YAP rəhbərliyi toplantı keçirdi

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.  “Yeni Sabah” xəbər verir ki, iclasda Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları barədə, eləcə də partiyanın İcra Katibliyi və rayon təşkilatlarının aparatında çalışan məsul işçilərin attestasiyaları barədə məlumat dinlənilib. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağladığı, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edikləri bildirilib. İclasda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları yüksək səviyyədə təşkil edilib. Konfransların ümumi mənzərəsi bir daha təsdiq edir ki,Ətraflı oxu


Azərbaycanda jurnalist yazdığı statusa görə işdən çıxarıldı

“ARB Media Qrup” Əlibəy Zeynallını işdən azad edib. Telekanalın yaydığı bəyanatda deyilir: “ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının “facebook” sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də profissional nöqteyi nəzərindən yol verilməz olduğunu düşünür. Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”. Qeyd edək ki, jurnalist Əlibəy Zeynallı rusdilli əhali ilə bağlı Facebook-da status yazmışdı:


Qubanın icra başçısı Ukraynadakı biznesinə nəzarət edərkən görüntüləndi – Sənədlər – FOTO- VİDEO

Bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Çexiyada, Avstriyada şirkətləri və Ukraynada 10 milyon dollara aldığı zavod barədə məlumat vermişdi. Bizimxeber.az xəbər verir ki, Cavanşir Həsənli bu gün təkcə icra başçısının zavodunun şəkillərini və sənədləri deyil, elə zavodun həyətində gəzən Ziyəddin Əliyevin video görüntülərini yayıb: “Görəcəksiniz ki, büdcədən oğurladıqları milyonları xaricə çıxaran Ziyəddin müəllim özünü ukraynalılara necə biznesmen kimi sırıyır”.


Yaponiyanın baş naziri İrana niyə gəlib?

Yaponiyanın Baş naziri Şinzo Abe Tehrana gəlib. İran Dövlət Televiziyası qarşılanma məraimini canlı yayımlayıb. Abeni Tehrandakı hava limanında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb. Baş nazir aeroportdan İran Prezidenti Həsən Ruhani ilə görüşə yollanıb.Onun səfərinin iki gün davam edəcəyi bildirilib. Abe səfər öncəsi açıqlamasında İrana səfərinin regional gərginliyin azaldılmasına hesablandığını açıqlamışdı. Abe Yaxın Şərqdə hökm sürən vəziyyətdən ciddi narahatlıq keçirdiyini söyləmişdi.“Mən burada sülhün yaradılmasın üçün mümkün olduğu qədər daha vacib rol oynamaq istəyirəm”, – Baş nazir bildirmişdi. Qeyd edək ki, bu, son 41 ildə İrana gələn ilk Yaponiya BaşƏtraflı oxu


İkram Rəhimova 5.il 6 ay cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, İ.Rəhimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Proses iyunun 12-də davam etdiriləcək. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəmƏtraflı oxu


Moskvanı kütləvi etiraz aksiyaları bürüdü — VİDEOLAR

Moskvada jurnalist İvan Qolunovu dəstəkləmək üçün bu günə təyin olunmuş kütləvi etiraz aksiyası baş tutub. Polis aksiya iştirakçılarını saxlayıb. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, azı 94 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında “Meduza”, “Kommersant” nəşrlərinin, “Dojd” telekanalının, “Reuters” agentliyinin əməkdaşları və Rusiyanın “əsas müxalifətçisi” Aleksey Navalnı da var. Saxlanılanlardan biri – “Vedomosti” qəzetinin müxbiri Vitali Petlevoy bildirib ki, Trubnaya meydanında yeməyə gedərkən tutulub. Saxlanılmanın səbəbi jurnalistə izah olunmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları marşın keçiriləcəyi Myasnitskaya küçəsinə gedən yolu bağlayılblar. Aksiya iştirakçıları başqa küçələrdən keçməyə çalışırlar. “Qovorit Moskva” xəbər verirƏtraflı oxu


Bakıda 33 məktəbə direktor təyin edilib

Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqənin nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində direktor vəzifəsinə 33 nəfər qəbul edilib. Bunu BŞTİ-nin müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub. Həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub. 2018-2019-cu tədris ilindəƏtraflı oxu


Səlim Müslümov yeni vəzifəyə təyin olundu

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə təyinat alıb. Sabiq nazir Milli Aviasiya Akademiyasında Dünya İqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.  Səlim Müslümov məlumatı Redaktor.az-a təsdiq edib. Professor Səlim Müslümova elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!


“Bakı Kristal Zalı”nın yığılmış zərəri 17,3 milyon manata çatdı

“Bakı Kristal Zalı” MMC 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.  Demokrat.az xəbər verir ki, ötən ilin sonunda “Bakı Kristal Zalı”nın aktivləri 174 mln. 328 min 515 manat təşkil edib. Bu isə 2017-ci ilin sonu ilə müqayisədə 1,2% azdır. MMC-nin aktivlərinin tərkibində uzunmuddətli aktivləri 174 mln. 328 min 515 manat, cəmi qısamüddətli aktivləri isə 3 mln. 624 min 215 manat olub. “Bakı Kristal Zalı”nın uzunmüddətli öhdəlikləri olmasa da, qısameddətli öhdəlikləri 72 min 542 manat təşkil edib. MMC-nin nizamnamə kapitalı 191 mln. 567 min 450 manat, ötən illərin bölüşdürülməmiş zərəri isə 17 mln. 311Ətraflı oxu


Müxalif düşərgə 1 açıqlama ilə bir-birinə qarışıb – Biabırçılıq

AMİP lideri Etibar Məmmədovun mətbuata açıqlamasında AXC hakimiyyəti dövründə Heydər Əliyevi Bakıya İsa Qəmbərlə Pənah Hüseynin çağırdığını deməsi Azərbaycanın müxalifət düşərgəsində yenidən bu məsələnin müzakirəsinə səbəb olub.  Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Etibar Məmmədova cavabında deyib ki, o, Azərbaycanın gələcəyi naminə keçmişdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu dilinə gətirənlərdən və praktik siyasətdə bunu nümayiş etdirməyə çalışanlardandır. Bizimxeber.az xəbər verir ki, son günlər 4 iyun hadisələri barədə sadəcə jurnalist marağı ilə şərtlənmədiyi aydın görünən çoxsaylı suallara kifayət qədər cavab verib: “Lakin, görünür bəziləri milli-demokratik düşərgəninƏtraflı oxu


“Elçibəy heç vaxt qardaş qırğınına getməyin tərəfdarı olmayıb” Vahid Əhmədov

Bizimxeber.az Baş nazirin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədovun “AzPolitika.info”-ya qısa müsahibəsini təqdim edir: – Vahid müəllim, sabiq baş nazir Pənah Hüseynin 1993-cü ilin 26 mayında keçirilən Dövlət Müdafiə Komitəsinin toplantısının protokolunu yayması ciddi rezonansa səbəb olub. Protokoldan belə görünür ki, Siz də həmin iclasda iştirak etmisiniz. Bu sənədin yayılmasını necə qarşıladınız? – Əslində sizə deyim ki, Dövlət Müdafiə Komitəsinin toplantısı həmin dövrlərdə az qala hər gün keçirilirdi. İndi məxfi iclas deyəndə mən bir şey anlamıram. Adətən Dövlət Müdafiə Komitəsinin toplantısında ölkədəki ictimai-siyasi vəziyyət, ordu ilə bağlı məsələlər müzakirə edilirdi.Ətraflı oxu


“Papito Zahid” arvadını döydü – VİDEO

“Papito” mahnısı sədaları altında rəqsi ilə sosial şəbəkəldə məşhurlaşan buzovnalı rəqqas yenidən gündəmdədir. Bu dəfə rəqsi ilə yox, ailə qalmaqalı ilə.  Bizimxeber.az xəbər verir ki, “Papito Zahid” ləqəbi ilə məşhurlaşandan sonra həyat yoldaşından imtina edib. Onun imtina etdiyi uşaqlarının anası çarəsizlikdən Afət Rahilqızının ARB-də yayımlanan “Çıxış yolu” proqramına üz tutub. Efirlərə çıxıb tanındıqdan sonra məclislərə dəvət alan Zahid alışmadığı həyat tərzindən özünü itirir və dəyişir. Məşhurluq həyatı yaşamağa başlayan rəqqas artıq ailəsini bəyənmir. Həyat yoldaşına qarşı kobudluq və qəddarlıq etməyə başlayıb. “Papito Zahid” həyat yoldaşını dəfələrlə döyüb və hətta küt alətlə zərbələrƏtraflı oxu


Moskvada jurnalistə görə kütləvi etiraz aksiyası oldu – 94 nəfər saxlanıldı

Moskvada jurnalist İvan Qolunovu dəstəkləmək üçün bu günə təyin olunmuş kütləvi etiraz aksiyası baş tutub. Polis aksiya iştirakçılarını saxlayıb. Azı 94 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında “Meduza”, “Kommersant” nəşrlərinin, “Dojd” telekanalının, “Reuters” agentliyinin əməkdaşları və Rusiyanın “əsas müxalifətçisi” Aleksey Navalnı da var. Saxlanılanlardan biri – “Vedomosti” qəzetinin müxbiri Vitali Petlevoy bildirib ki, Trubnaya meydanında yeməyə gedərkən tutulub. Saxlanılmanın səbəbi jurnalistə izah olunmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları marşın keçiriləcəyi Myasnitskaya küçəsinə gedən yolu bağlayılblar. Aksiya iştirakçıları başqa küçələrdən keçməyə çalışırlar.“Qovorit Moskva” xəbərinə görə, yürüş iştirakçıları Moskva polisinin inzibati binasına tərəfƏtraflı oxu


Sülhməramlılarımız Əfqanıstana yola salındı (FOTO/VİDEO)

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.  Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.


Fransa məhkəməsi Qarabağ separatçıları ilə imzalanan daha 4 “xartiya”nı ləğv etdi

Fransa məhkəmələri ölkənin müxtəlif şəhərləri və Dağlıq Qraabağ separatçıları arasında imzalanmış sazişləri bir-bir ləğv edirlər. Bizimxeber.az Yeni Müsavat-a istinadən xəbər verir ki, bundan daha öncə mayın 29-da Serji-Pontuaz şəhərinin inzibati məhkəməsi Arnuvil şəhəri ilə işğal olunmuş Xocavənd arasındakı “xartiyanı” qüvvədən düşmüş hesab etmişdi. Fransız dilində çıxan armenews.com saytıın verdiyi məlumata əsasən, Fransa məhkəməsi bu ilin iyun ayının 11-də yerli bələdiyyələrin separatçı rejimlə imzaladığı daha 4 xartiyanı etibarsız sayıb. Məhkəmə bəhs olunan sənədlərin Fransanın üzərinə götürdüyü öhdəliklərə və ATƏT-in Minsk qrupunun həmsədri olaraq apardığı xarici siyasətə zidd olduğunu göstərib.


Elman Babayev vəzifəsindən azad edildi

Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib.  “Report”un məlumatına görə, o, işdən öz istəyi ilə çıxıb. Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsinə gətirilmişdi.  DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri “Report”a təsdiqləyib. Qeyd edək ki, E.Babayev 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər vəƏtraflı oxu


Qiyməti bahalaşan məhsullar – SİYAHI

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb. Bizimxeber.az bildirir ki, cari ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ay ərzində uzun düyünün, qarabaşaq yarmasının, mal,Ətraflı oxu


Osman Gündüz nazirliklə bağlı şok faktlar açıqladı – Sensasion manipulyasiya

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nəsə qeyri-müəyyən proseslər gedir”. Bizimxeber.az xəbər verir ki, bu barədə internet texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib. Onun sözlərinə görə, bu gün Nazirlik rəsmisi Delta Telekom-un bir ay bundan öncəki qiymət endiriminin real olmadığını bildirib.  “Deltanın 70%-lik endiriminə Nazilriyin heç bir reaksiya vermədiyi ilə bağlı mənim tərəfimdən olan açıqlamaların da ədalətli olmadığını qeyd ediblər. Düzü, hamının qiymət endirimi gözlədiyi bir zamanda, buna özüm də təəcübləndim. Və dərhal Delta Telekom-un Provayderlərə 70% endirimlə bağlı rəsmi açıqlamasını tapdım. İndi də saytlarında durur. Həm də aydınlaşdırdım ki, buƏtraflı oxu