Əsas menu

Çərşənbə axşamı, İyun 11th, 2019

 

Millimiz Bakıda rusvayçı hesabla uduzdu

Bu gün “AVRO-2020″nin seçmə qrup mərhələsi çərçivəsində IV tura yekun vurulur. Qaynarinfo xəbər verir ki, Azərbaycan millisi yer aldığı E qrupunda 3-cü oyununa çıxıb. Nikola Yurçeviçin kollektivi Slovakiya ilə qarşılaşıb. Komandamız Avropa çempionatına vəsiqəni hədəfləyən rəqibini “Bakcell Arena”da qəbul edib. Üç gün əvvəl eyni məkanda Macarıstana məğlub olan (1:3) yığmamız bu dəfə də meydanı yenilgi ilə tərk edib – 1:5. AVRO-2020 Seçmə mərhələ IV tur 11 iyun Azərbaycan – Slovakiya 1:5 Qollar: Ramil Şeydayev, 29 – Stanislav Lobotka, 8. Yuray Kuçka, 27. Marek Hamşik, 30; 57. Hançko, 85. Azərbaycan: 1. Səlahət Ağayev (q), 2. Qara Qarayev, 3. ŞəhriyarƏtraflı oxu


Zelenski 15 qubernatoru işdən azad etdi

Ukrayna Prezidenti Vladimir Zelenski 15 vilayətin administrasiya rəhbərinin işdən azad edilməsi barədə sərəncam verib. Bunu Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Ruslan Ryaboşapla deyib. Onun sözlərinə görə, işdən azad edilənlər arasında Çerniqov, Poltava, Odessa, Nikalayev, Lvov, Kirvoqrad, Kiyev, İvanovo-Frankov, Zaporojye, Qakarpatye və daha bir neçə vilayət qubernatorları var.


Kəmaləddin Heydərov onu vəzifədən azad etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub. Bizimxeber.az modern.az-a istinadən xəbər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb. Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər: “Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə – mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”. Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.


Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verdi

Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar. Bu barədə Qaynarinfo-ya Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 11-də səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirmiş, şəraiti ilə yaxından tanış olmuşdurlar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə Səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilmiş və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanmışdır. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcəkdir. BirƏtraflı oxu


İlham Məmmədzadə “Veysəloğlu”dan ayrıldı

Bu gündən etibarən hər zaman sevərək və məsuliyyətimlə adını daşıdığım “Veysəloğlu” Şirkətlər Qrupundan ayrıldım”. AFN xəbər verir ki, bu sözləri şirkətin mətbuat katibi İlham Məmmədzadə bildirib. O qeyd edib: “Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahəsində daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik Veysəloğlu şirkətində çalışmaqdan məmnun oldum. Fəaliyyət dönəmində əsas məqsədim “Veysəloğlu”nun ictimaiyyətdə müsbət korporativ imicinin yaradılması, işgüzarƏtraflı oxu


Ölən zabitin xanımı Müdafiə Nazirliyi məhkəməyə verdi

2017-ci ildə dövlətə xəyanət ittihamı ilə işgəncələrə məruz qalmış zabitlərdən Səxavət Binnətovun xanımı Müdafiə Nazirliyini məhkəməyə verib. Bizimxeber.az xəbər verir ki, bu barədə məlumatı Turan İnformasiya Agentliyi yayıb. Xavər Haqverdiyeva həyat yoldaşının günahsız öldürülməsinə görə Müdafiə Nazirliyindən 200 min manat təzminat tələb edir.  Onun sözlərinə görə, S.Binnətovu 2017-ci ilin mayında günahsız yerə tutub işgəncə ilə öldürüblər. “Onun ölümünün məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə düşür. İki qızım və mən ailə başçısını itirmişik, köməksiz duruma düşmüşük. Uşaqlar hələ də keçirdikləri stressdən çıxa bilmirlər”. Ötən gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia üzrə hazırlıq iclasıƏtraflı oxu


Möhtəşəm konsert paytaxt sakinlərini heyran etdi

15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində bir sıra maraqlı məqamları ilə yadda qalan möhtəşəm konsert proqramı keçirilib. Tədbirdə qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər Azərbaycanlı üçün çox əzizdir. 26 il əvvəl yenicə müstəqilliyini qazanmış respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas ulu öndən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurlaƏtraflı oxu


Onu yandırıblar, yoxsa özü intihar edib? – Rəsmi açıqlama

İsmayıllı rayonunda iki uşaq atasının özünü yandıraraq intihara cəhd etməsi haqda prokurorluq açıqlama yayıb. İsmayıllı rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası AğasəfƏtraflı oxu


Bankların “qara siyahı”sı silinə bilərmi? (ŞƏRH)

“Bu günə qədər problemli kreditlərin yalnız 10000 dollara qədər olan hissəsi həll olunub”.  Bu sözləri EkoNews-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov deyib. Ekspert bildirib ki, problemli kreditlər hələ də bankların işinə öz təsirini göstərir: “Bu rəqəm say etibari ilə çox olsa da, cəmi məbləğ nöqteyi nəzərdən azdır. Yəni sahibkarların və vətəndaşların bəzilərinin böyük məbləğdə kreditləri var və bu hələ də həll olunmayıb. Həmin kreditlər hələ də qalır. Bu isə banklara istər-istəməz öz təsirini göstərir. Düzdür, dövlət banklara kompensasiya ödədi və banklar bu kreditlərdən müəyyən gəlirlər əldə etdilər”. Əkrəm Həsənov banklarda yaranan problemlərin səbəblərininƏtraflı oxu


“Kəşfi dolabda saxlasanız, onda siz kəşfin müəllifisiniz, innovator deyilsiniz” (MÜSAHİBƏ)

İnnovasiya texnologiyalarının və proseslərinin öyrənilməsi, yaradılması, tətbiqi və tədrisi kimi işlərdə 10 ilə yaxın peşəkar təcrübəyə malik olan Şəbnəm Məmmədovanın Finans.az-a müsahibəsi: – Yenilənmə, yaxşılaşma mənasını verən innovasiya hər zaman yeni kəşfi özündə ehtiva edirmi? – İnnovasiya anlayış olaraq özündə bu sözü ehtiva etsə də, hər zaman yeni bir kəşf anlamına gəlmir. Gəlin, məsələyə belə baxaq, “invention”, yəni kəşf sözünü bildirən bu ifadə, əslində, həm də mövcud olan kəşf, obyekt, hadisə və ya proseslərin yenilənməsini, təkmilləşməsini də əks edə bilər. Yəni hətta artıq məlum hadisə və obyektlərin hər hansı bir xüsusiyyətinin təkmilləşməsiƏtraflı oxu


“Heydər Əliyevi Bakıya İsa Qəmbər, Pənah Hüseyn dəvət edib” – Açıqlama

“İyunun 17-də gecə Elçibəylə axırıncı mən görüşmüşəm. Bundan iki saat sonra Bakıdan çıxıb gedib…” Bunu 1988-1993-cü illərdə Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərin ən fəal iştirakçılarından olan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov söyləyib. “Siz AXC hakimiyyətinə müxalifətdə idiniz. Səmimi söyləyin:1993-cü ilin Gəncə  olayları nəticəsində  Əbülfəz Elçibəy iqtidarının devrilməsinə sevindinizmi?” sualını keçmiş hərəkatçı belə cavablandırıb: “Yox… Əslində burada sevinməli bir şey də yox idi axı… Birincisi, qiyamdan öncə AXC hakimiyyətinin başında duranlar qiyamı yaradan səbəbləri aradan qaldırmaq üçün əllərini ağdan-qaraya vurmadılar. Tərslik etdilər və siyasətlərini dəyişmədilər. Halbuki, biz  müxalifətƏtraflı oxu


Fətullah Gülən intihara cəhd edib?

“Türkiye gazetesi”nin yazarı Fuad Uğur 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdi təşkil etməkdə ittiham olunan FETÖ lideri Fətullah Gülənin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. Müəllif “Fətullah Gülən niyə intihara cəhd etdi?” başlıqlı yazısında Gülənə aid olduğunu iddia etdiyi əl şəklinə də yer verib. Onun sözlərinə görə, FETÖ-də Güləndən sonra ikinci şəxs olan, təşkilatın ABŞ-dakı kəşfiyyatının rəhbəri Mustafa Özcan onun tapşırıqlarına məhəl qoymayıb, buna görə də tərəflər Ramazan ayından öncə ciddi mübahisə ediblər: “Fətullah Gülən hər şeyin əlindən gedəcəyindən qorxaraq son oyununu oynamaq qərarına gəlib. O, özƏtraflı oxu


“Dünya ticarət tarixində belə rüsvayçılıq olmayıb” – Şok rəqəmlər

“Azərbaycan Dəmir Yollarının adının hallanmadığı qalmaqal qalmayıb. Bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki, əməlli-başlı bir nəticə hasil olmayıb”.  “Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Nemət Əliyev deyib. O, bildirib ki, Kanadanın “Bombardier” Şirkəti ilə korrupsiya əlaqələrinə girərək Dünya Bankının Azərbaycan Dəmiryollarına ayırdığı milyonlarla maliyyə vəsaitlərinin qiymətləri süni şişirtmə yolu ilə “otkat” şəklində ələ keçirilməsinə dair mətbuat səhifələrini bürümüş qalmaqalın səsi-sorağı səngiməmiş növbəti bir rüsvayçılığın da üstü açılıb. “2018-ci ildə Belarusdan 1 ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan DəmiryollarıƏtraflı oxu


Rabitə naziri müştərilərin cibinə girən “Sazz”a dur deyəcəkmi?

Aylardı müştərilərinə internet böhranı yaşadan, insanların cibinə girən və yaranmış problemlərə cavab verə bilməyən “Sazz” İnternet Provayderinin fəaliyyəti təftiş olunmalıdır. Bizimxeber.az xəbər verir ki, müştərilərə sistemli xidmət göstərə bilməyən, saatlarla gözlədən və sonda problemi olduğu kimi saxlayan bu provayderdə vəziyyət sözün həqiqi mənasında bərbaddır. Azərbaycandakı insanların internet təminatına cavabdeh olan  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və bu işə məsul şəxslər nədən bu şirkətlərə nəzarət edə bilmir? İnternet satışı həyata keçirən şirkətlər insanların cibinə girib əsəb yaradırsa demək ki, nazirlik bu şirkətlərə nəzarəti tam bərpa edə bilməyib. Əsk təqdirdə provayder şirkətləri insanları internetsiz qoymaz,Ətraflı oxu


Təhsil Nazirliyinə yenə pul ayırldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb. Sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.


Əmrə Bəlözğluna tualet fırçası uzadan jurnalist danışdı – Video

Türkiyə yığmasının üzvü Əmrə Belözoğluna İslandiya səfəri zamanı mikrofon əvəzinə tualet fırçası uzadan jurnalist açıqlama verib. 26 yaşlı belçikalı Korentin Siamanq hadisə haqqında şəxsi feysbuk hesabından paylaşım edib.  Siamanq hadisəyə belə izah verib: “Belçikaya getmək üçün hava limanında gözləyirdim. Türkiyə millisinin ora gələcəyini öyrəndim. Jurnalist kimi görünmək üçün çirkli fırçamı çıxardım. Milli komandanın kapitanı ilə müsahibə üçün mühafizədən yayınmağı bacardım. Bundan başqa şansım yox idi. Jurnalistlər kapitanlarına fırça ilə sual verdiyimi düşündülər. Hadisə bütün Türkiyə televiziyalarında və saytlarında gündəm oldu. CNN-nin türkcə versiyasının efirində danışdım, sonra digər medialarda. Türkiyə XariciƏtraflı oxu


Rüşvət tikinti bazarında kəskin bahalaşma yaratdı – Şirkətlər fəaliyyətini dayandırır

Son günlər tikinti sektorunda tikinti materiallarının qiymətlərinin  qalxdığı müşahidə olunur. Bununla yanaşı daşınmaz əmlak bazarında da qiymətlər yüksəkdir. Məsələylə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Qadir İbrahimli bildirib ki, bu bazarda böhran gözlənilir. Onun sözlərinə görə, qiymətlər kəskin qalxıb: “Mənzilin kvadratını artıq 1500 manata təklif edirlər. Hazırda 1000 manatdan ucuz təklif edən şirkət yoxdur. Hətta şəhərin mərkəzində Elmlər Akademiyası, metroya yaxın ərazilərdə kvadratı 2000-3000-dən başlayan qiymətlər var. Əmlak bazarı orta təbəqənin imkanlarına adekvat olmalıdır. Azərbaycanda o təbəqənin aylıq real gəlirləri təxminən 1000-1500 manat arasında dəyişir. Gəlirlər də daşınmaz əmlak bazarına  yaxın düşməyə imkanƏtraflı oxu


Məktəb direktorlarının seçimi ilə bağlı yeni mərhələ

“Dünən axşam, iyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb”. Bunu təhsil eksperti Kamran Əsədov deyib. O, bildirib ki, artıq müəllimlərin işə qəbulu prosesində olduğu kimi, yerləşməsi də mərkəzləşdirilmiş qaydada həyata keçirilir ki, bu da şəffaflıq üçün vacib amildir.  Təhsil nazirliyinin tətbiq etdiyi elektron sistemin bir neçə maraqlı xüsusiyyəti var: “Deməli, hansısa vakansiyanı seçəndə o geri seçmiş ən yüksək balı görə bilirsən və sənin az balla oranı seçməyinin heç bir faydası olmayacaq, ona əminsən.Ətraflı oxu


“İnsanlar bara getmirlər ki, qoy ziyarətgahlara getsinlər” — Siyavuş Novruzov

“Mən də uşaq vaxtı pirlərə getmişəm. O boyda “İmamzadə”ni Heydər Əliyev Fondu təmir etdirdi, insanların ixtiyarına verdi. Son yayılan videoya baxmamışam, Goranboydakı həmin hadisədən xəbərim yoxdur. Amma ümumiyyətlə, pirlərə getmək ziyanlı deyil. İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər”. Bizimxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov modern.az-a açıqlamasında deyib. O bildirib ki, cəhalət tamam başqa bir şeydir: “O insanın inamı var, bəlkə pirə gedib, özünə şəfa tapır. Biz onun qarşısını niyə alaq ki? Xristianlar kilsəyə gedirlər, oturub, kilsə rəhbərininƏtraflı oxu


Validə Abbasovanı heç belə görmədiniz  Fotolar

“Miss millenium gözəli” Validə Abbasova fotoları ilə diqqət çəkib. Uzun illərdir İsveçrədə yaşayan keçmiş model şortik və büstqalter stilində koftası ilə poz verib. İzləyicilər Validənin görüntülərinə təriflər yağdırıblar. Qeyd edək ki, V.Abbasova qızı Kamilla ilə birlikdə İsveçrəyə köçüb. Axşam.az