2017-nin büdcə xərcləri
2017-nin büdcə xərcləri
18 Noyabr 2016 / 17:46 / Baxış sayı: 932
Font1 Font2 Font3 Font4
Bizimxeber
Prezidentin parlamentə təqdim etdiyi dövlət büdcəsi layihəsi açıqlanıb.
Bizimxeber.az bildirir ki, Nazirlər Kabinetinin prezidentə verdiyi layihədə 2017-ci ilin dövlət büdcəsindən müdafiə xərclərinə 1 milyard 615,3 milyon manat ayrılması nəzərdə tutulurdu. Dövlət başçısının Milli Məclisə göndərdiyi layihədə isə gələn ilin müdafiə xərcləri 2 milyard 642 milyon manat nəzərdə tutulur. Bu, 1 milyard 26,7 milyon manat artım deməkdir.
Maliyyə Nazirliyi büdcə layihəsini və 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatını dərc edib. Dövlət büdcəsinin gəlirlərini 15 milyard 955 milyon manat, xərclərini 16 milyard 600 milyon manat məbləğində təsdiqləmək planlaşdırılır.
2017-ci ilin dövlət büdcəsindən ayrı-ayrı sahələrə nə qədər vəsait ayrılacağına nəzər salsaq görərik ki, ümumi dövlət xidmətlərinə 2 milyard 844,9 milyon manat ayırmaq planlaşdırılır.
 
Büdcənin xərc istiqamətləri üzrə seçmələr:
 
Sosial müdafiə və sosial təminat – 2 milyard 53 milyon manat
Təhsil xərcləri – 1 milyard 733,4 milyon manat
 
Səhiyyə xərcləri – 745,4 milyon manat
 
Elm xərcləri – 118,5 milyon manat.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahəsinə 282,6 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 517,4 milyon manat ayırmaq təklif olunur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə