2017-ci ilin dövlət büdcəsi layihəsi təsdiq edildi
2017-ci ilin dövlət büdcəsi layihəsi təsdiq edildi
25 Sentyabr 2016 / 13:03 / Baxış sayı: 814
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nazirlər Kabineti Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar qəbul edib.

Bu qərar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi imzalanıb.

Qərarda bildirilir ki, Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı “Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin, eyni zamanda bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Prezidentinə təqdim edilsin.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə