Pirməmmədovun adamı kollec direktorluğundan uzaqlaşdırılır
Pirməmmədovun adamı kollec direktorluğundan uzaqlaşdırılır
11 September 2013 / 12:34 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru Vidadi Orucovu xanım müəllimlərdən biri əvəzləyəcək

Aprel ayında təhsil naziri təyin edilən Mikayıl Cabbarovun necə işləyəcəyi, sələfindən fərqli hansı yeniliklər edəcəyi səbirsikliklə gözlənilirdi. Ötən 5 ay ərzində isə yeni nazirin ilk işi həm nazirlikdə, həm də ümumilikdə təhsil sahəsində köklü kadr dəyişikliklərinə getmək oldu. Cabbarov kadr dəyişikliklərinə ilk olaraq nazirlikdən başladı.

Bu müddətdə Nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, elm şöbəsinin müdiri Gültəkin Hüseynova, Təhsil Nazirliyinin Aparat müdiri İlham Pirməməmdov, dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, habelə kənd rayonları üzrə ümumi təhsil şöbəsi, texniki peşə məktəbləri üzrə təhsil şöbəsi, inzibati, maliyyə və strateji planlaşdırma və kadrlar şöbələrinin müdirləri işdən azad edildilər.

Bunlardan bəziləri, xüsusən də nazirliyin özündə çalışanılar sonradan daha aşağı vəzifələrə təyin edilməklə aparatda saxlanıldılar. Bütün bunların fonunda demək olar ki, nazir artıq aparatda işdən çıxarma və rotasiya işini yekunlaşdırıb.

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, indi növbə təhsil müəssisələrinin, ilk növbədə orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinindir. Nazir bu istiqamətdə işi bir neçə amil üzərində qurur. Yəni, vəzifədən uzaqlaşdırılacaq kollec direktorları əsasən keçmiş nazir Misir Mərdanova yaxınlıqları ilə tanınanlar olacaq. Digər bir amil isə Cabbarovun gəlişindən sonra nazirliyin aparatında vəzifəsindən kənarlaşdırılan və ya aşağı vəzifələrə keçirilən şəxslərə yaxın olan direktorların uzaqlaşdırılmasıdır. Kolleclərdə təmizləmə işi ilkin olaraq Bakı Sənaye-Pedaqoji Kollecindən başlayıb.

Mənbənin xəbərində deyilir ki, kollecin rektoru Vidadi Orucov yaxın günlərdə işdən çıxarılacaq.

Qeyd edək ki, Vidadi Orucov Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsindən çıxarılan və nazirin müşaviri təyin edilən İlham Pirməmmədovun adamıdır. Yeni direktor kimi isə uzun illər kollecdə çalışan, lakin hələ adını dəqiqləşdirə bilmədiyimiz qadın müəllimlərdən birinin təyinatı gözlənilir. Qeyd edək ki, məlumatda kolleclərdə təmizləmə işlərinin bu tədris ili boyunca davam etdiriləcəyi də deyilir.

Toğrul
Bizimxeber.az

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə