“Qarabağ” klubu öz stadionunu tikdirir
“Qarabağ” klubu öz stadionunu tikdirir
26 August 2013 / 16:49 / Baxış sayı: 342
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mərkəzi arenada ev oyunlarını keçirən yeganə klub “Qarabağ” öz stadionuna köçməyə hazırlaşır

Ölkənin bir nömrəli futbol arenası olan Tofiq Bəhramov adına stadion futbolsuz qala bilər. Stadionun direktoru Akif İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, müqavilə ilə ev oyunlarını ölkənin bir nömrəli futbol arenasında keçirən yeganə Azərbaycan klubu “Qarabağ” öz stadionunun tikintisi ilə məşğuldur. Yeni stadionun tikintisi başa çatıqdan sonra Ağdam təmsilçisi respublika stadionundan çıxacaq.

“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, klub stadionu Yeni Suraxanı qəsəbəsində inşa olunur. Yeni stadionun 2014-cü ilin axırlarında istifadəyə veriləcəyi gözlənilir.

Akif İsmayılov “Qarabağ”ın öz stadionunda məskunlaşdıqan sonra Tofiq Bəhramov adına respublika stadionunda atletika yarışlarının keçiriləcəyini bildirib.

Bizimxeber.az

Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə