Hərbi xidmətdən möhlət huququnda yenilik
Hərbi xidmətdən möhlət huququnda yenilik
26 April 2013 / 19:24 / Baxış sayı: 390
Font1 Font2 Font3 Font4
Bizimxeber
Azərbaycanda doktorantura və magistraturada əyani təhsil alanlara hərbi xidmətdən möhlət huququ verilməsi qanunvericiliyə salınıb.
Bizimxeber.az-ın məlumatına görə, bu barədə maddə yeni hazırlanmış “Elm haqqında” qanunda öz əksini tapıb.
“Elm haqqında” qanunun “Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı” maddəsinə qeyd olunur ki, dövlət təhsilinin fasiləsizliyi prinsipinə uyğun olaraq, elm və təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ təmin edilir.
Qanunda qeyd edilir ki, Azərbaycanda dövlət ayrı-seçkiliyə yol vermədən bütün elmi fəaliyyət subyektlərinə azad, ədalətli, bərabərhüquqlu, sağlam və keyfiyyətli elmi fəaliyyət mühitinin yaradılmasını təmin edir, elmi qabiliyyəti olan hər bir vətəndaşa elmlə məşğul olmaq, elmi səviyyəsini yüksəltmək və yaradıcılığını təkmilləşdirmək üçün lazımi şərait yaradır.
Qanunda həmçinin qeyd olunub ki, dövlət elm və təhsil müəssisələrində çalışan elmi işçilər tutduğu vəzifədən asılı olmayaraq xüsusi dövlət qulluğu statusuna aid edilir.
“Elm haqqında” qanunda yüksək ixtisaslı elmi kadrların hazırlanması üçün davamlı olaraq məqsədli proqram və layihələrin həyata keçirilməsi, elmi nailiyyətlərin stimullaşdırılması və qiymətləndirilməsi, elmi işçilərin, o cümlədən gənc alimlərin iş yerləri və layiqli əməkhaqqı ilə təmin olunması, onlara müvafiq sosial güzəştlər və imtiyazlar verilməsi məsələləri əks olunub.
Qanun layihəsinin yaxın müddətdə Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılacağı gözlənilir.
Xatırladaq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsili davam etdirə bilərlər.
Bizimxeber.az

Hərbi xidmətdən möhlət huququnda yenilik yazısına 1 şərh yazıldı

Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə