“200 min dollar istədilər, yoxsa…” – YENİLƏNİB
“200 min dollar istədilər, yoxsa…” – YENİLƏNİB
30 Noyabr 2016 / 18:31 / Baxış sayı: 996
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bizimxeber.az -ın Trend-ə istinadən məlumatına görə, A.Çovdarov məhkəməyə üç həkimin müşayəti ilə oksigen balonunda gətirilib. Sonra “Moda” mağazası epizodu üzrə şahidlərin dindirilməsinə başlanılıb. İttiham aktında qeyd edilib ki, zərərçəkmiş, “Moda” mağazasının sahibi Əbil VəzirovA.Çovdarovun göstərişi ilə 2009-cu ilin oktyabr ayının 17-də MTN əməkdaşları tərəfindən tutularaq MTN-nin inzibati binasına gətirilib. Orada Ə.Vəzirova hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz antikvar əşya satması barədə etiraf etməsi tələb olunub. O, təxminən 10 saatdan artıq orada saxlanılıb, Ə.Vəzirovdan 200 min ABŞ dolları gətirməsini, əks halda onu da Mişa kimi həbs etməklə hədələyiblər. Razılığa əsasən, Ə.Vəzirov ümumilikdə 80 min ABŞ dolları məbləğində pul vəsaitini gətirib şəxsən A.Çovdarova MTN-də verib.

Prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid qismində dindirilən İradə Vəliyeva istintaqa ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən Akif Əliyevin epizodu üzrə zərərçəkmiş “Met-ak” MMC-nin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarov ifadə verib. Həmin şəxs də istintaqa ifadəsini təsdiqləyib. O, zərərçəkmiş qismində istintaqa ifadəsində deyib ki, onun dayısı Alik Kərimov hələ 1997-ci ildə şirkəti təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.

F.Zülfüqarov bildirib ki, 2005-ci ilin fevralında MTN generalı A.Çovdarovun rəisi olduğu idarənin sabiq işçisi A.Əliyev onu idarəyə çağırıb. Onun sözlərinə görə, A.Əliyev ondan 50 min manat istəyib: “Lakin ona 10 min manat verdim”.

Həmçinin MTN-in sabiq əməkdaşı İsgəndər Hüseynovun həyat yoldaşı Xədicə Hüseynovadindirilib. O, ifadəsində bildirib ki, həyat yoldaşının zərərçəkmiş Şahmar Qurbanovdan evi necə almasından xəbərsizdir: “İsgəndər məndən şəxsiyyət vəsiqəmi aldı, sonra ev adıma keçirildi. Mən Şahmar Qurbanova vəsiqəmi verməmişəm”.

Qeyd edək ki, İ.Hüseynov noyabrın 23-də keçirilən prosesdə ifadə verib.

Daha sonra təqsirləndirilən Akif Əliyevin “Met-ak” MMC epizodu üzrə şahid Raul İsmaylovdindirilib. O, istintaqa ifadəsini təsdiqləyib.

A.Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, müvəkkilinin vəziyyəti məhkəmə zalında pisləşib: “Onun şəkəri qalxıb, bu vəziyyətdə Akif Çovdarov komaya düşə bilər”.

Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı sentyabrın 5-də baxılmaq üçün məhkəməyə göndərilib. Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

———

14:30

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid qismində İradə Vəliyeva dindirilib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Daha sonra təqsirləndirilən Akif Əliyev epizodu üzrə zərərçəkmiş “Met-ak” MMC-nin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarov ifadə verib. O da istintaqa verdiyi ifadəsini təsdiqləyib.
F.Zülfüqarov zərərçəkmiş qismində istintaqa ifadəsində deyib ki, şirkəti onun dayısı Alik Kərimov hələ 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. Özü isə şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.
F.Zülfüqarov bildirib ki, 2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin sabiq işçisi Akif Əliyev onu idarəyə çağırıb. Onun sözlərinə görə, A.Əliyev ondan 50 min manat istəyib: “Lakin ona 10 min manat verdim”.

———-

13:19

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlərin vəkillərinin məhkəməyə gəlmədiyi elan olunub.
Prosesdə 20 dəqiqəlik fasilə elan edilib.
Daha sonra “Moda” mağazası epizodu üzrə şahidlərin dindirilməsinə başlanılıb.
Jurnalistlərin iştirak olmadan baş tutan iclasda A.Çovdarov məhkəməyə üç həkimin müşayiəti ilə oksigen balonu ilə gətirilib. Bundan başqa, məhkəmədə Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinin baş həkimi də iştirak edir.
İttiham aktında qeyd edilib ki, Ə.Vəzirov A.Çovdarovun göstərişi ilə 2009-cu ilin oktyabr ayının 17-də MTN əməkdaşları tərəfindən tutularaq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətirilib. Orada Ə.Vəzirova hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz antikvar əşya satmasını etiraf etməsi tələb olunub. Bundan sonra onu təxminən 10 saatdan artıq orada saxlayıb, Ə.Vəzirovdan 200 min ABŞ dolları gətirməyini, əks halda onu da Mişa kimi həbs edəcəkləri ilə hədələyiblər. Razılığa əsasən, Ə.Vəzirov ümumilikdə 80 min ABŞ dolları məbləğində pul vəsaitini gətirib şəxsən A.Çovdarova MTN-də verib.
Proses hazırda davam etdirilir.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə