20 min müştərinin bank hesabı oğurlandı
20 min müştərinin bank hesabı oğurlandı
09 Noyabr 2016 / 10:05 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4
Bizimxeber

İngiltərədə hakerlər dəhşətli cinayətə imza atıb.

Bizimxeber.az-ın məlumatına görə, onlar 20 min “Tesco Bank” müştərisinin hesabındakı külli miqdarda pulu oğurlayıb. Bu barədə məlumat verən bank nümayəndələri, oğurluq hadisəsini təsdiqləyib. Digər müştərilərin hesablarının qorunması məqsədiylə bank internet üzərindən fəaliyyətini müvəqqəti dayandırıb.

Bildirilir ki, oğurlanan pullar bank tərəfindən 24 saat ərzində müştərilərin hesablarına geri qaytarılacaq. Hadisənin hansı haker qrupu tərəfindən törədildiyi məlum deyil. Oğurlanan pulların məbləği barədə məlumat verilmir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə