2 saylı doğum evi kimin kurasiyasındadır? Baş həkim naziri belə saymır…
2 saylı doğum evi kimin kurasiyasındadır? Baş həkim naziri belə saymır…
24 Sentyabr 2016 / 14:51 / Baxış sayı: 2124
Font1 Font2 Font3 Font4
Bizimxeber

Son illər mətbu orqanlarda yazılanlara və göstərilən faktlara qarşı qəribə aqressiv reaksiyalar baş verir. Belə ki, mətbuatın bilərəkdən gözdən salınması jurnalistlərin müxtəlif formalarda adının pis məqamlarda hallandırılması əksər qurumların işinə əməlli başlı yarayıb. Mətbuat nə yazsa belə reaksiya verən yoxdur. Faktlar olsa belə artıq nə araşdıran var, nə də narahat olan. Bu isə ölkəni olduqca pis yerə aparır. 

Redaksiyaya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 2 saylı doğum evində baş verən hadisələrlə bağlı ciddi məlumatlar daxil olub. Adı qanunsuz abort hallarına görə, birinci sıralarda çəkilən 2 saylı doğum evində daha nələr baş verir?

Belə ki, doğum evinin baş həkimi Mehriban Abbasquliyeva dövlət xəstəxanasında palataları həkimlərə, sonuncular da xəstələrə satır. Palatalar xəstəxanada çalışan həkimlər tərəfindən bir növ özəlləşdirilib. Doğum evində bir neçə yaxşı təmirli palatalar varki onları da baş həkim yalnız öz xəstələrinə bir növ icarəyə verir.

Xəstəxanada çalışanların verdiyi məlumata görə, özəlləşdirilmiş palatalar boş qalsa belə onlara digər həkimlərin xəstələrini yerləşdirmək olmaz. Belə ki, dövlət xəstəxanasında mənimsənilmiş otaqlar sanki baş həkimin xüsusi mülkiyyətidir.

2 saylı doğum evində çalışan sanitarlar isə qeyd edirlər ki, xəstəxanada mənimsənilmiş palatalardan savayı “yaxşı” və “pis” palatalar da var. Belə ki, “yaxşı palatalarda” qalmağın qiyməti 6 gün üçün 100 manatdır. “Pis” palatalarda qalmaq isə ümumi “haqq”a daxildir. Sanitarların dediyinə görə, “yaxşı” palatalar istilik sistemi, kondisioner, yaxşı yorğan-döşək, soyuducu, səliqəli tualet və s. özəllikləri ilə fərqlənir.

Həmin xəstəxanada yenicə ana olan (xəstənin adını etik səbəblərdən vermirik-red.) deyir: “Burada çalışan tibb bacıları və sanitarlar xəstələrdən bütün gün ərzində hər şeyə görə pul istəyir. Qohumlar-yaxınlar tərəfindən gətirilən nə sovqat varsa, xəstəyə yalnız “şirinlik”, “hörmət” müqabilində çatdırılır. Xəstələrin termosu da pulla doldurulur. “Şirinlik” adı altında adamı elə soyurlar ki, övlad sahibi olmağın sevincini də yaşaya bilmirsən”.

Xəstəxananın içində divara prezidentin “Xəstəxana pulsuz xidmət göstərməlidir” sözləri iri hərflərlə yazılıb asılsa da elə həmin şüarın vurulduğu divarın arxasındakı otaqda ultrasəs müayinəsinə görə hər xəstədən 20 manat alınır.

Bundan əlavə, hər həkim öz tabeliyində olan sanitara pasiyentləri məhz onun yanına gətirmək tapşırığı verir. Bunun üçün sanitarlar xəstəxananın həyətində dayanıb müştəri gözləyir, bir növ pusqu qururlar. Yaxınlaşan pasiyentlərə və onların yaxınlarına isə məhz öz həkimlərinin daha yaxşı olduğunu deməklə onu reklam edirlər. Təbii ki, “əl əli, əl də üzü…” prinsipi əsasında…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə