2 milyon dollar rüşvətlə tutulan şair-nazir: Putin hər şeydən xəbərdar imiş…
2 milyon dollar rüşvətlə tutulan şair-nazir: Putin hər şeydən xəbərdar imiş…
15 Noyabr 2016 / 11:55 / Baxış sayı: 820
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyada ötən gecə 2 milyon dollar nəğd rüşvət alarkən həbs olunan iqtisadi inkişaf naziri, 60 yaşlı A.Ulyukayev Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, iqtisadiyyat elmləri professorudur. 90-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində jurnalistika ilə məşğul olub.

Daha sonra Yeqor Qaydarın islahatçılar hökumətində müşavir vəzifəsini tutub. 2000-ci illərin əvvəllərində isə maliyyə naziri Aleksey Kudrinin müavini olub. Ulyukayev hökumətdə bir müddət işlədikdən sonra Mərkəzi Bankın idarə heyətinin sədr müavini olub. Daha sonra-2013-cü ildə nazir təyin edilib.

Dövlət əmlakının özəlləşdirilməsinin qatı tərəfdarı kimi çıxış edir, habelə çıxışlarında Rusiyada korrupsiyanın iqtisadi inkişafa başlıca maneələrdən biri olduğunu dəfələrlə vurğulayıb. Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasının, məmurların gəlirləri və xərcləri haqda müntəzəm hesabat verməli olduğunun vacibliyini qeyd edib. Ulyukayev xarici görkəmcə olduqca ciddi təsir bağışlayan məmur olsa da şair qəlblidir, şerlər yazırdı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ulyukayevin həbsinə hazırlıq barədə Putin məlumatlandırılıb. “Prezidentə hər şey məruzə olunub, o, kursda idi. Ona əməliyyat tədbirlərinin başlanılması barədə məlumat verilib”-Peskov deyib.

Gazeta.ru isə hökumətdəki mənbələrə istinadən xəbər verir ki, Ulyukayev büdcə zərinin Dumada qəbulundan sonra istefaya getməyə hazırlaşırdı. Buna səbəb iqtisadi inkişaf naziri ilə maliyyə naziri arasında rublun məzənnəsinə və inflyasiya faizinə dair proqnozlar ətrafında fikir ayrılıqlarının olmasıdır. Ulyukayev rublun qarşıdakı 3 ildə daha az dəyərdən düşəcəyini proqnozlaşdırıb, nazirlərin proqnozları arasında fərq büdcə gəlirlərində 300 milyard rubl fərq yaradıb.

KİV-lər ehtimal edir ki, Ulyukayevin işi üzrə daha bir neçə yüksək vəzifəli şəxs həbs oluna bilər. Onun həbs olunarkən yüksək hakimiyyət dairələrindəki himayəçisinə zəng vurduğu bildirilir, ancaq himayəçinin kimliyi açıqlanmır. Federal Təhlükəsizlik Xidməti naziri bir ilə yaxındır izləyirmiş və onun “Rosneft” şirkətindən rüşvət tələb etdiyi barədə məlumat Ulyukayevin telefon danışıqlarının dinlənilməsi, habelə yaxın ətrafının söhbəti sayəsində əldə edilib. Ulyukayev Rusiya tarixində rüşvətə görə vəzifə başında həbs olunan ilk nazirdir.

*   *   *05:21

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusilə məxfi əməliyyat nəticəsində 2 milyon dollar həcmində rüşvət alarkən həbs olunub.

Virtualaz.org Rusiya Federasiyası İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, dünən axşam istintaq əməliyyatı çərçivəsində “Başneft” şirkətinin səhmlərinin 50%-nin alınmasında yardımçı olması üçün iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə “Rosneft” şirkətinin nümayəndələri tərəfindən 2 milyon dollar həcmində rüşvət verildiyi zaman həbs tədbiri həyata keçirilib.

İdarədən bildirildiyinə görə, əməliyyat çərçivəsində baş vermiş bu hadisə xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırıldığından, “Rosneft”ə qarşı heç bir iddia irəli sürülməyəcək.

Kremlin mətbuat katibi Dmitri Peskov baş verənləri “RİA Novosti” üçün şərh edərkən, bunun çox ağır ittiham olduğunu, hər şeyin məhkəmədə həll ediləcəyini bildirib. Peskovun sözlərinə görə, baş verənlərdən prezident Putinin xəbərdar olub-olmadığını bilmir.

Federal Təhlükəsizlik Xidmətindən verilən açıqlamaya görə, nazir Aleksey Ulyukayev son bir il ərzində Xidmətin nəzarətində imiş və keçiriləcək əməliyyat barədə çox az adamın məlumatı varmış.

Life.ru əlavə edir ki, rüşvəti aldıqdan dərhal sonra ətrafında ciddi görkəmli və hərbi formalı adamları görən nazir çaşqınlıqla yüksək rütbəli məmurlara dəfələrlə telefonla zəng edib və “Burada nə baş verir?” deyə soruşub. İlk saniyələrdə ona elə gəlib ki, bu sadəcə olaraq kiminsə təşkil etdiyi bir oyundur. İstintaq İdarəsi yaxın saatlarda nazirə qarşı ittihamın irəli sürüləcəyini bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə