2 ayın gəlini Fəridə: “Ərim dostları ilə yeyib-içəndən sonra…” – VİDEO
2 ayın gəlini Fəridə: “Ərim dostları ilə yeyib-içəndən sonra…” – VİDEO
02 Noyabr 2016 / 15:13 / Baxış sayı: 1280
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kiçik yaşlarında evləndirilən qadının acı etirafları. Bütün dünyada olduğu kimi Azərbaycanda da boşanma halları gedərək çoxalmaqdadır. Aktuallığını itirməyən səbəblərdən biri isə erkən nikahdır. Bu mövzu hazırda bütün dünyada müzakirə olunan ən aktual məsələlərdən biridir. İndi hər kəsi belə bir sual düşündürür. Bu deyimə qulaq asıb övladlarını bədbəxt edən neçə nəfər var? 

Şərti adı Fəridə olan azyaşlının bətbəxtliyi bu səbəbdən başlayır: Erkən nikah! Bu, öhdəsindən gələ bilmədiyi çətinliklərin başlanğıcıdır. Yaşıdları yeni dərs ilinə, Fəridə isə yeni həyata hazırlaşır. Dost-tanışları məktəbli forması almaq üçün, o isə gəlinlik libası seçmək üçün mağazalara üz tutur. Ailəsi isə Fəridənin əvəzinə evlilik qərarı verən zaman tələbə adı qazanmaq arzusu ilə çırpınan qızcığazın heysiyyatından xəbərsizdir.

Fəridə: “Anamdan dostlarım, rəfiqələrim, məktəbimin necə olacağını soruşanda cavabı belə oldu: “Ərə gedərsən böyük məktəbin oradan başlayar”. Oğlan məndən 10 yaş böyük idi. Ertəsi gün mənə gəlin paltarı gətirdilər. Gəlin paltarını görəndə məni ağlamaq tutdu. İki həftədən sonra toyum oldu. İki ay olanda ərim dostları ilə yeyib-içəndən sora məni döydü. Ayılanda xəstəxanadaydım. Həkimlər qaynanamla danışırdılar. Deyirdilər ki, bunun uşağı olmayacaq”.
O, məruz qaldığı əzab-əziyyətlərə nə az, nə çox tam 5 il dözüb. Çıxış yolu kimi bu zindandan qaçmağı düşünüb. Amma onun gedəsi yeri yox idi. Çünki onu bu seçimə sövq edən valideynləri Fəridəni qəbul etməkdən imtina edir. Erkən qıyılan nigah sonda boşanma ilə yekunlaşır.
Sorğudan belə məlum olur ki, çoxluğun mənfi hal kimi dəyərləndirdiyi bu məsələ mütəxəssislər tərəfindən də birmənalı qarşılanmır. Təsadüfü deyil ki, son 5 ildə baş verən ana ölümləri faktlarının 70-75 faizi erkən ailə quran qadınların payına düşür. Tibbi cəhətdən də 18 yaşına çatmayan qızlar ana olmaq iqtidarında deyillər. Həkimlərin fikrincə, erkən ailə quran xanımların sağlamlıqla bağlı problemləri daha çox olur. Məsələnin hüquqi tərəfləri də var. Qanunvericiliyə əsasən övladlarını erkən nikaha sövq edən valideyinləri cərimələr gözləyir. Düzdür, problem kökündən həll olunmayıb. Amma deməliyik ki, keçirilən maarifləndirmə xarakterli layihələr, öyüd-nəsihət və məsləhətlər artıq öz bəhrəsini verməkdədir.
Abdulla Şaiqin təbirincə desək, “hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”. Demək ki, problemdən xilas olmaq üçün təfəkkürümüzdə dəyişkilik etməliyik. Övladlarımızın şərti adı Fəridə olan bu qızcığazın həyatını yaşamağını istəmiriksə, erkən nikaha “dur” deməliyik.(ARB 24)
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə