163 Bakubus sürücüsü cəzalanıb
163 Bakubus sürücüsü cəzalanıb
27 İyul 2016 / 10:51 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən ilin sentyabr ayından bu günədək Bakıda sərnişin müraciətləri, digər aşkar olunmuş nizam-intizam və digər qayda pozuntuları əsasında 163 nəfər avtobus sürücüsü müvafiq olaraq müxtəlif səbəblərdən intizam məsuliyyətinə (töhmət, şiddətli təhmət) cəlb olunub. 59 nəfər sürücü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub. Bunu “Report”a açıqlamasında “BakuBus” sərnişindaşıma şirkətinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, qeyd edilən dövr ərzində 65 nəfər sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 nəfər sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub.

“Daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanları da aşkar olunub. Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqları ilə bağlı olur. Məsələn, qapını döydüm sürücü açmadı, pəncərəni açmaq istədim sürücü icazə vermədi, avtobusda temperatur çox aşağıdır yaxud istidir, kondisioneri sürücü qoşmadı və yaxud avtobus gec gəldi. Təbii ki, bütün müraciətlərə aydınlıq gətirilir. Avtobus gecikmələri ilə bağlı müraciətlər isə əsasən səhər saatlarında, xüsusən saat 08:30-09:00 radələrində daxil olur. Bu müraciətlərin də araşdırılması zamanı aydın olur ki, əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələrlə bağlı olur. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayın şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir”, – deyə M.Piriyev qeyd edib.

Şirkət rəsmisi əlavə edib ki, *4242 nömrəli “Qaynar xətt”ə daxil olan hər bir müraciətin araşdırılması zamanı aşkar olunmuş çatışmazlıqların həlli, işin daha da səmərəli təşkil olunmasına imkan yaradır: “Daxil olan müraciətlərdə marşrut xəttləri ilə bağlı məlumatlar istəyən, sürücü kobudluğu ilə bağlı şikayət edən, itmiş əşyalarla bağlı, intervallarla bağlı müraciət edən sərnişinlər üstünlük təşkil edir. Hər bir şikayət qeydiyyata alınır və onun əsasında mütəxəssislər tərəfindən araşdırmalar aparılır. “BakuBus” avtobuslarında quraşdırılmış, 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işimizi xeyli asanlaşdır. Təbii ki, əgər şərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə