1600 aviareys təxirə salınıb-ABŞ-da
1600 aviareys təxirə salınıb-ABŞ-da
06 Oktyabr 2016 / 15:48 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-da “Metyu” qasırğası milə əlaqədar ölkə üzrə 1600 aviareys təxirə salınıb.

Bu barədə “ABC News” xəbər yayıb.

Bildirilir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək.

Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq.

Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalinin nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə