16 illik aclıq aksiyasına son qoydu
16 illik aclıq aksiyasına son qoydu
09 Avqust 2016 / 16:53 / Baxış sayı: 632
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hindistanın xanım siyasi fəalı İrom Şarmila bu gün 16 illik aclıq aksiyasına son qoymaq niyyətindədir.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

O, aclıq aksiyasına Hindistanın Manipur ştatında hərbçilərin 10 dinc sakini öldürülməsinə etiraz əlaməti olaraq 2000-ci ilin noyabr ayında başlayıb.

Qeyd olunur ki, siyasi fəal uzun müddət xəstəxanada yatıb və burun borusu vasitəsilə məcburi qidalanıb.

Güclü xarakterinə görə, 44 yaşlı İrom Şarmila “Dəmir ledi” ləqəbi alıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə