Avtobus sürücülərinin davası ilə bağlı rəsmi açıqlama
Avtobus sürücülərinin davası ilə bağlı rəsmi açıqlama
14 Sentyabr 2016 / 18:11 / Baxış sayı: 300
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün sosial şəbəkədə 88 və 6 saylı marşrut sürücülərinin əlbəyaxa davasının videogörüntüsü yayılmışdı. Davaya səbəb isə, bir avtobusun digərinin qarşısının kəsməsi olub. 

Məsələ ilə bağlı Qaynarinfo.Az-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirdi ki, baş vermiş insidentlə bağlı artıq müvafiq tədbirlər görülür:

“Kimin haqlı, kimin haqsız olması, həmçinin hansı sürücünün təqsirindən baş verməsi önəmli deyil. Agentlik hər iki sürücü ilə bağlı lazımi addımlar atacaq. Bununla bağlı, mətbuata geniş məlumat veriləcəkdir”.

Qeyd edək ki, 6 və 88 saylı marşrut xətlərin Bakı Nəqliyyat Departamentinin lisenziyası əsasında fəaliyyət göstərir.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə