Nəsimi rayon məktəblilərinin muzeylərə ekskursiyası davam edir
Nəsimi rayon məktəblilərinin muzeylərə ekskursiyası davam edir
03 Avqust 2016 / 17:03 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 200 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən muzeylərə ekskursiyaları davam edir.

Bizimxeber.az-a daxil olan məlumata görə, məktəblilərin ilk öncə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ekskursiyası təşkil olunub.

Daha sonra məktəblilər Azərbaycan İstiqlal Muzeyinində də ekskursiyaya davam ediblər. Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində də məktəblilərə muzeyin əsas məqsədi və vəzifələri izah olunub.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində, Azərbaycan İstiqlal Muzeyində və Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində nümayiş olunan eksponatlar və tarixi materiallar məktəblilərin marağına səbəb olub. Keçirilən tədbir − muzeylərə ekskursiya məktəblilərin yaddaşında xoş izlər buraxıb.

Nəsimi məktəblilərinin muzeylərə ekskursiyası davam edir



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə