Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“15 dəqiqə bilmədik hara qaçaq” – Ramin Musayev

910 oxunma | Tarix: | 4 ay öncə

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Səbail” – “Universitatya Krayova” matçını izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də olub. 

Oyundan sonra açıqlama verən PFL rəhbəri rumınların 3:2 hesabıyla qalib gəldiyi qarşılaşmanı şərh edib: “Şans sonda bitir. Rəqibdən daha güclü oyun gözləyirdim. Bəlkə mənim fikirlərimlə razı olmaya bilərsiz. Rəqibin tarixi var idi, “Səbail” isə debüt edirdi. Onlar bir futbolçu satdılar.

XƏBƏRLƏR:  Gədəbəyin icra başçısı kimdir - O, özü barədə məlumatları niyə gizlədir?

Həmin pul “Səbail”in 5 illik büdcəsi deməkdir. Cavan uşaqlar var idi. Onlar istər-istəməz çəkinirdilər. “Neftçi” ilə ilk dəfə avrokuboklarda “Anderlext” qarşı oynayanda uşaqlar dedi ki, 15 dəqiqə bilmədik hara qaçaq. Rumıniya komandaları həmişə çətin olub. Onlarla matçlarımız dava ilə bitirdi. Bütün komandalara uğurlar arzu edirəm”.

Qurum rəhbəri çempionatın başlaması ilə bağlı suala da cavab verib: “Növbəti mövsüm avqustun 16-da start görürəcək. Əsasnamədə yeniliklər olacaq”.

XƏBƏRLƏR:  AFFA “Neftçi”ni cərimələdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir