14 yaşlı qızı dondurdular: “Ölmək istəmirəm…” – FOTOLAR
14 yaşlı qızı dondurdular: “Ölmək istəmirəm…” – FOTOLAR
20 Noyabr 2016 / 12:50 / Baxış sayı: 1124
Font1 Font2 Font3 Font4
Bizimxeber
İngiltərədə məhkəmə xərçəng xəstəliyi səbəbiylə ötən ay həyatını itirən 14 yaşlı qızın tələbini qəbul edib.
Ölməzdən əvvəl ali orqana müraciət edən qız, bədəninin dondurulmasını tələb edib. Qızcığaz hakimdən tələb edib ki, vəfat etdikdən sonra onun bədəni dondurulsun. Yeniyetmə hakimə yazdığı məktubunda qeyd edib:
“Məndən niyə qeyri-adi qərar qəbul etdiyimə dair açıqlama tələb edirlər. Mənim 14 yaşım var və mən ölmək istəmirəm. Lakin ölürəm. Dondurulmanın illər sonra mənə oyanma və sağalma şansı verəcəyini düşünürəm. Torpağın altına dəfn olunmaq istəmirəm. Yaşamaq, uzun illər yaşamaq istəyirəm. Gələcəkdə xərçəng xəstəliyinin müalicəsinin tapılacağını və məni oyandıracaqlarını düşünürəm. Bu mənim tək arzumdur”.
Qeyd edək ki, məhkəmənin qərarından sonra qızın cansız bədəni dondurulması üçün ABŞ-a göndərilib. Cəsəd xüsusi kapsulda saxlanılacaq.(atv.az)
 
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə