Şamaxının icra başçısı nəyi gözləyir? Şəhidin məzarının üstü hələ götürülməyib -VİDEO
Şamaxının icra başçısı nəyi gözləyir? Şəhidin məzarının üstü hələ götürülməyib -VİDEO
16 Avqust 2016 / 12:27 / Baxış sayı: 760
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Rəssamlıq Akademiyasının yetirməsi gənc heykəltaraş 1994-cü il doğumlu Samir Qaçayev aprel döyüşlərində canını Vətən uğrunda qurban verən şəhidlərimizdən biridir.

BAKU.WS-in redaksiyasına göndərilən bir videoda şəhidin məzarının üstünün götürülmədiyi görünür. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşlərdə Azərbaycan ordusunun şəhid olan əsgəri Şamaxının Məlhəm kəndindəki məzarlıqda torpağa verilib.

Ancaq həmin gündən bu yana şəhidin məzarının üzəri götürülməyib. Güman edirik ki, məsələ ictimailəşdikdən sonra aidiyyatı orqanlar lazımi addımlar atacaq.

Bizimxeber.az

 

 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə