130 müharibə əlilinə avtomobil verildi
130 müharibə əlilinə avtomobil verildi
17 Noyabr 2016 / 16:50 / Baxış sayı: 962
Font1 Font2 Font3 Font4
Bizimxeber
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri təqdim olunub.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 97 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri İkinci Dünya müharibəsi əlili, 12 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş vətəndaş, 14 nəfəri Çernobıl AES əlili, 3 nəfəri isə 20 Yanvar əlilidir.

Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev bildirib ki, Nazirlik tərəfindən 2014-2015-ci illərdə 1933 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə Naz-LİFAN” markalı avtomobili verilib.

Bununla da 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslər, hətta 2014-cü il ərzində növbəyə dayananların da bir hissəsi avtomobillə təmin edilib.

Z.Babayev bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin olunduğunu diqqətə çatdırıb.

O, əlillərin tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərə də toxunub, bu işlərin davamı kimi cari ilin 10 ayı ərzində 19,5 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə