100 milyonluq mirvarini çarpayının altında saxladı – FOTO
100 milyonluq mirvarini çarpayının altında saxladı – FOTO
23 Avqust 2016 / 10:50 / Baxış sayı: 1162
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünyanın ən böyük və ən bahalı mirvarisini tapan balıqçı 10 ildi ki, bu sərvəti daxmasında, çarpayısının altında saxlayırmış. Onun dediyinə görə, nəhəng mirvari ona uğur gətirirdi, çoxlu balıq tuturdu.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, uzunluğu 63 sm, ağırlığı 34 kq olan bu mirvarinin dəyəri 100 milyon dollardır.
Filippinin Palavan adasında yaşayan balıqçı bu mirvarini 10 il əvvəl balıq tutanda toruna düşdüyü üçün dartmış və qayığına qoymuşdu. Sonra o, mirvarini əksi-üsküyə bükərək daxmasındakı çarpayının altına qoymuşdu.
Daxma yananda hadisə yerinə gəlmiş polislər torpaqdakı bükülünü görüblər. Həmin bükülü dünyanın ən bahalı, ən nadir mirvarisi idi.
Hazırda mirvari müsadirə olunub. Filippinin hakimiyyət dairələri bu mirvarini satmaq niyyətində deyillər. Onlar 100 milyon dollarlıq mirvarini muzeyə qoyaraq bu minvalla bölgəyə turistləri cəlb etmək istəyirlər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə