1 uşaq gözləyirdi- 5 uşaq oldu
1 uşaq gözləyirdi- 5 uşaq oldu
04 Avqust 2016 / 14:29 / Baxış sayı: 984
Font1 Font2 Font3 Font4
Bizimxeber

 

Hindistanlı qadın yalnız bir uşağı olacağını düşünərkən sürprizlə qarşılaşıb.

Bizimxeber.az xəbər verir ki, 25 yaşlı Hindistan sakini Manita Sinqx  5 uşaq anası olacağını bilmirdi. O bir uşağı olacağını gözləyərkən hamiləliyinin 26 həftəsində doğuş sancısı çəkib və dərhal Ambikapura şəhər xəstəxanasına çatdırlıb. Yarım saat ərzində 5 uşaq anası olan qadın özü də şokda idi.

 

Посмотреть изображение в Твиттере

 

5 uşaq dünyaya gətirən qadın tibb personalını təəccübləndirib. Özü də heç bir müayinədən keçmədiyi üçün bundan xəbərsiz olub.

Hər körpə 1.3 kq yaxın çəkidədir. Qızlara xüsusi qulluq tələb olunur.

Həkimlər bu hadisəni çox unikal hesab edirlər. Çünki təbii yolla beş körpə dünyaya gətirmək 60 milyonda bir hadisədir.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə