1 saat işlədiyi mağazadan oğurluq etdi
1 saat işlədiyi mağazadan oğurluq etdi
26 İyul 2016 / 19:05 / Baxış sayı: 804
Font1 Font2 Font3 Font4
Bizimxeber

Paytaxtın Səbail rayounu, Bülbül prospekti 10 ünvanında oğurluq hadisəsi baş verib.

“Sahil” metrostansiyası ilə üzbəüz olan market qarət olunub. Magazanın sahibi, 33 yaşlı Ceyhun Babayev deyir ki, günorta saatlarında mağazaya bir oğlan yaxınlaşaraq, kassir işləməyi bacardığını və iş axtardığını deyib. Onu işə götürdüyünü deyən market sahibi, satıcını nəzarətdə saxlamaq üçün magazada olan digər bir əməkdaşa göstəriş verib.

İşə başladığı cəmi 1 saatdan sonra Xaliq adlı şəxs kassada olan 850 manatı götürürək mağazanı tərk edib. İşçilər onun arxasınca çölə çıxsalar da, onu saxlaya bilməyiblər.

Ögurluğu törədən şəxs mağazada olan təhlükəsizlik kamerasına düşdüyündən, onu tapmaq heç də çətin olmayıb. Həmin şəxsi 39-cu Polis Bölməsinin əməkdaşları yaxalayaraq istintaqa təhvil veriblər. Faktla bağlı araşdırma aparılır. (Region TV)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə