“1 nömrəli” narkobaronun oğlunu oğurladılar
“1 nömrəli” narkobaronun oğlunu oğurladılar
17 Avqust 2016 / 11:29 / Baxış sayı: 806
Font1 Font2 Font3 Font4
Bizimxeber

Meksikanın “El Çapo” (“Gödəkboy”) ləqəbli narkobaronu, Yoakim Qusmanın oğlu bazar ertəsi günü Sakit okean sahilində yerləşən şəhərdə oğurlanan cinayətkarlar arasında olub, rəsmilər deyir.

Onlar deyir ki, Sinaloa Cartel qrupunun 6 üzvündən biri olan 29 yaşlı Jesus Alfredo Qusman rəqib banda, “Jalisco New Generation” tərəfindən oğurlanıb.

Bu ilin yanvarında həbs olunan narkobaron Qusman, Sinaloa Cartel qrupunu uzun illər idarə edib. Ehtimal olunur ki, onun oğlu əsas üzvlərindən olub.

29 yaşlı Jesus Alfredo ABŞ-da narkotik maddə qaçaqmalçılığı ittihamı ilə axtarışdadır. ABŞ onun atasının da bu ölkəyə ekstadisiya olunmasını istəyir.

Meksikanın “birinci narkobaronu” sayılan Yoakim Qusman ötən il, uzunluğu 1 kilometrdən çox olan yeraltı tunel vasitəsilə saxlandığı həbsxanadan qaçmışdı.

Müharibə xəbərdarlığı
Dəstənin 6 şübhəli üzvü bazar ertəsi günü, səhər saatlarında Puerto Vallartada yerləşən restorandan oğurlanıb.

Ştatın baş prokuroru Eduardo Almaguer jurnalistlərə açıqlamasında deyib ki, hadisə yerindən toplanan məhkəmə ekspertiza nümunələri Jesus Alfredonun oğurlandığını təsdiq edir. O əlavə edib ki, oğurlanan daha 4 nəfərin kimliyi müəyyən olunub.

Digər bir məlumata görə, hadisə qurbanları arasında Qusmanın digər oğlu, Ivan da ola bilər. Yerli rəsmilərin yaydığı məlumata görə, hadisə qurbanları dəbdəbəli restoranda şənlik keçirmək üçün qonşu ştatlardan təşrif buyurubmuşlar.

Meksikada olan BBC müxbiri Juan Paullier deyib ki, insan oğurluğu Meksikada əsas olan iki klan arasında müharibənin başlamasına səbəb ola bilər.

Sakit okeanın Meksika sahili boyunca narkotik maddələrin dövriyyəsinə nəzarət etmək üçün “Jalisco New Generation” və Sinaloa Cartel arasında mübarizə gedir.

Meksikalı qruplar əsasən kokain olmaqla hər il tonlarla qanunsuz narkotik maddəni ABŞ-a yollayır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə