​”Alov qüllələri” Şahmat Olimpiadasına dəstək verməyə başlayıb
​”Alov qüllələri” Şahmat Olimpiadasına dəstək verməyə başlayıb
14 Avqust 2016 / 11:02 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakının ən möhtəşəm binalarından sayılan “Alov qüllələri” 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək verməyə başlayıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır.

Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.

Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə