Əvəz Qurbanlı Aznews.az-a gəlməsini təkzib etdi – YENİ TƏYİNAT VAR
Əvəz Qurbanlı Aznews.az-a gəlməsini təkzib etdi – YENİ TƏYİNAT VAR
09 Sentyabr 2016 / 15:48 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4
Bizimxeber

Aznews.az saytına yeni baş redaktor təyin edilib. Bizimxeber.az-ın məlumatına görə, bu posta tanınmış telejurnalist Ceyhun Əsgərov gətirilib.

 

Qeyd edək ki, ötən gün bu posta tanınmış jurnalist Əvəz Qurbanlının təyin olunması barədə mətbuatda məlumat yayılmışdı.  Ə.Qurbanlı isə Bizimxeber.az-a açıqlamasında özünün təyinatı barədə yayılan xəbərləri təkzib edib.

 

Məlumat üçün bildirək ki, C.Əsgərov şəhid jurnalist Salatın Əsgərovanın oğludur.

 

Aznews.az saytı 2011-ci ildə yaradılıb. Saytın İlk baş redaktoru tanınmış telejurnalist İradə İsak və redaktoru tanınmış jurnalist, Penitensiar Xidmətin keçmiş mətbuat xidmərinin rəhbəri Yasar İsakov olub. 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə