Əsəd postundan tezliklə getməyəcəyini bildirdi
Əsəd postundan tezliklə getməyəcəyini bildirdi
02 Noyabr 2016 / 10:55 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4
Bizimxeber

Suriya prezidenti Bəşər Əsəd üçüncü prezidentlik müddətinin sonunadək – 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib.

Bizimxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bəşər Əsəd “New York Times” nəşrinə müsahibəsində bildirib.

Suriya prezidenti, həmçinin, qeyd edib ki,  hökumət qüvvələri münaqişədə qalib gəlməyincə ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.

“Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır”, – deyə Əsəd qeyd edib.

Qeyd edək ki, Bəşər Əsəd ilk dəfə 2000-ci ildə 97,3% səs toplayaraq Suriya prezidenti seçilib. O, 2007-ci ildə ikinci (97,62%), 2014-cü ildə üçüncü dəfə (88,7% ) dövlət rəhbəri seçilib.

Suriyada prezidentlik müddəti 7 ildir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə