Ərdoğanın səlahiyyətləri artırıldı
Ərdoğanın səlahiyyətləri artırıldı
17 Avqust 2016 / 11:31 / Baxış sayı: 592
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət rejimi çərçivəsində qanun qüvvəsində olan iki yeni qərar elan edilib.

Türkiyə KİV xəbər verir ki, bu sənədlər avqustun 17-də “Resmi Gazete”də dərc olunub.

Sənədlərdə bildirilib ki, iyulun 15-dən sonra Türkiyənin Daxili və Xarici İşlər nazirliklərindən, Milli Təhlükəsizlik Təşkilatından (MİT) 2 350 işçi, Türkiyə Silahlı Qüvvələrindən 1356 zabit, gizir və ixtisaslı çavuş kənarlaşdırılıb, İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının isə 196 əməkdaşı işdən çıxarılıb: “Hərbi Dəniz Qüvvələrindən 6 zabit, Hərbi Hava Qüvvələrindən 24 zabit, Sahil Mühafizə Xidmətinin isə 24 əməkdaşı işdən azad edilib”.

Qərarlarda qeyd olunub ki, fövqəladə vəziyyət rejimi dövründə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb: “Bundan sonra hərbi hospitalların heyəti Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Dövlət müəssisələrində işləmək üçün 2010-cu ildə imtahan verərkən saxtakarlıqla köçürmə edənlərin əldə etdikləri nəticələr ləğv olunacaq. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisini bundan sonra prezident təyin edəcək. 4 illik hərbi fakültələrdə təhsil alan məzunlar zabit ola biləcək”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə