Ərdoğanın Rusiya səfəri başladı
Ərdoğanın Rusiya səfəri başladı
09 Avqust 2016 / 15:26 / Baxış sayı: 716
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Rusiyadadır. Lent.az RİA Novosti-yə istinadən xəbər verir ki, Ərdoğanın Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşməsi nəzərdə tutulub.

Əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlərin bərpası olacaq. Bu səfərin Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyaya məxsus qırıcı Su-24-ün vurulması ilə bağlı yaşanan insidentdən sonra Ərdoğan ilk dəfə Putinlə görüşür.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə