Ərdoğanın kürəkəni o gecədən danışdı: “Qırıcılar 50 metrliyimizdən keçdi…”
Ərdoğanın kürəkəni o gecədən danışdı: “Qırıcılar 50 metrliyimizdən keçdi…”
22 İyul 2016 / 18:58 / Baxış sayı: 918
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı prezident Ərdoğanla birlikdə onun Marmarisdə istirahət etdiyi oteldə olan ailə üzvlərindən biri, kürəkəni, eyni zamanda enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ilk dəfə həmin gecə baş verənlərdən danışıb.

Virtualaz.org xəbər verir ki, kürəkən-nazir telekanallardan birinə müsahibəsində çevriliş başladığı haqda xəbərləri alandan sonra müxtəlif vəzifəli şəxslərlə təmas qurulub.

“Saat 21.30-22.00 radələrində çevriliş cəhdi olduğunu anladıq. Prezident dəstəmaz aldı, namazını qıldı və prosesi idarə etməyə başladı. Prezidentimiz prosesi nəzarətli şəkildə idarə etdi. Biz oteldəykən 3 helikopter kəşfiyyat uçuşu edirdi, gördük. Dərhal prezidentin mesajını telefonla mediaya çatdırdıq. Bütün verilən təlimatlar Ərdoğanın liderliyi ilə bağlı ayrı bir uğur hekayəsini ortaya qoydu. Əvvəlki böhranlar kimi burada da vəziyyəti uğurlu şəkildə idarə etdi”-Berat Albayrak bildirib.

Ərdoğanın kürəkəninin sözlərinə görə, onlar Dalaman aeroportundan havaya qalxandan sonra təyyarənin hara enəcəyini bilmirdilər. Çünki İstanbulla yanaşı 4 alternativ şəhər hazırlanmışdı, Aydın, Dalaman, Bodrum, İzmir. Təyyarə qalxdıqdan sonra təlimatı prezidentimiz verdi. Haraya gediləcəyinə son ana qərar verdi”-o deyib.

Berat Albayrakın sözlərinə görə, onlar havada olarkən çevrilişçilərin F-16 qırıcıları Ərdoğanın təyyarəsinin 50 metrliyindən uçurdu. Buna baxmayaraq Ərdoğanın təyyarəsinin İstanbul Atatürk aeroportuna endirilməsi barədə qərar verilib.

Daxili işlər naziri Efkan Ala isə deyib ki, çevriliş cəhdi baş verən gecə o, təyyarə ilə Vandan Ankaraya uçurmuş. “Mənim təyyarəmi də endirməyi planlaşdırıblar, Malatyaya endirilməsinə təlimat veriblər. Xəbəri alan kimi prezidentə və baş nazirə zəng vurmağa çalışdım, mümkün olmadı. Əmniyyət müdirlərinə əmr verdim ki, cəhdin qarşısı alınsın. Atatürk areroportunu ələ keçirənlərin həbs edilməsini əmr etdim. Aerportda qərargah qurduq və məsələni idarə etməyə başladıq”-o deyib. Daxili işlər naziri bildirib ki, bir daha çevriliş cəhdinin olmaması üçün silahlı qüvvələr yenidən qurulmalıdır. O, Jandarmanın DİN-in tərkibinə qatılacağını, tamamilə bu nazirliyə tabe olacağını deyib. Efkan Ala MİT-in çevriliş cəhdi barədə əvvəlcədən hökuməti xəbərdar etməməsini “ciddi kəşfiyyat səhvi” adlandırıb.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə