Ərdoğana qarşı sui-qəsd cəhdi: 47 nəfər həbs olunub, 3-ü axtarılır
Ərdoğana qarşı sui-qəsd cəhdi: 47 nəfər həbs olunub, 3-ü axtarılır
28 Noyabr 2016 / 22:09 / Baxış sayı: 982
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hərbi çevrilişə cəhd zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi ilə bağlı 47 şübhəli haqqında hazırlanan iddianamə Muğla 2-ci Kriminal Məhkəməsi tərəfindən qəbul edilib.
Sui-qəsd cəhdində adı çəkilən 50 nəfərdən 3-ü hazırda axtarışdadır. Həbsxanada olan şübhəlilərdən M.Ö.-nün sui-qəsd cəhdində iştirak edən başqa birinə yazdığı qeyd ortaya çıxıb. M.Ö. qeyddə 15 iyulun son deyil, bir başlanğıc olduğuna inam ifadə olunub. “15 iyul son deyil, başlanğıcdır. Matç doxsan dəqiqədir, hələ bitməyib”, – qeyddə bildirilir.
Məlumata görə, qeyd həbsxananın bir kamerasından başqa bir kameraya göndərilərkən ələ keçirilib.(Publika.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə