Ərdoğan xalqa müraciət etdi
Ərdoğan xalqa müraciət etdi
24 İyul 2016 / 11:52 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edərək ölkədəki vəziyyətə təmkinli yanaşmağa çağırıb.

TASS-ın  məlumatına görə, Ərdoğan çıxışında bildirib ki, Türkiyədə çevriliş cəhdindən sonra həbs olunan hərbçilərin və mülki şəxslərin sayı 13156 nəfər təşkil edib. Onların arasında 126 general var.

Prezident bütün dövlət təşkilatlarının Fətullah Gülənin tərəfdarlarından təmizlənəcəyinə söz verib.

“Ölkəmiz sağalmağa doğru gedir. Türkiyə iqtisadiyyatı sabitliyi saxlayır və inkişaf edir. Gələcəkdə çox mühüm layihələrin həyata keçirilməsi gözlənilir”, – Ərdoğan deyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə