Ərdoğan Rövnəq Abdullayevi qəbul etdi
Ərdoğan Rövnəq Abdullayevi qəbul etdi
03 Avqust 2016 / 15:19 / Baxış sayı: 746
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR prezidentini qəbul edib. AzNews.az xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edib.

Toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR rəhbərini qəbul edib. Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Türkiyə Prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə Prezidenti SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirib, yatırımlarının əhəmiyyətini qeyd etmiş və fəaliiyətlərin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin fəaliyyətinə verilən dəstək üçün təşəkkürünü bildirib, bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləyib, Türkiyə Prezidentini əmin edib ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə