Ərdoğan müxalifət liderləri ilə birgə mitinq edəcək
Ərdoğan müxalifət liderləri ilə birgə mitinq edəcək
05 Avqust 2016 / 17:05 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bazar günü İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təşəbbüsü ilə keçiriləcək Demokratiya və Şəhidlər mitinqinə müxalifət liderlərinin də qatılacağı dəqiqləşib.

Lent.az xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıdan sonra Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu da mitinqə qatılacağını bəyan edib. Bu gün keçirilən toplantıdan sonra CHP lideri mitinqdə iştirak etməklə bağlı qərar verib.

Qeyd edək ki, dünən Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım CHP liderinə zəng edərək onu növbəti dəfə mitinqə dəvət etmişdi.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə