Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi
Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi
08 Noyabr 2016 / 20:50 / Baxış sayı: 1960
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və AK partiyası CHP sədri Kamal Kılıçdaroğlu ilə partiyanın Məclisinin üzvlərindən “prezidenti təhqir”ə görə məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, AK partiyanın baş katibi Əbdülhəmid Gül Tvitterdə paylaşdığı açıqlamada bildirib ki, CHP Məclisi tərəfindən AKP-yə, prezidentə, millət və ölkəyə qarşı təhqir və yalanlardan ibarət bəyanatlar yayımlanır.
“CHP-nin bu cür bəyanatlarına qarşı AKP olaraq Ankara Cümhuriyyət Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişik. CHP terror təşkilatlarının yanında, cümhuriyyətin və xalqın qarşısında dayandıqca bu millətdən lazımı cavabı almaqda davam edəcək”, -deyə o, söyləyib.
Qeyd edək ki, CHP noyabrın 6-da AKP və R. T. Ərdoğan əleyhinə bəyanat yayıb.
“FETÖ, PKK və İŞİD terror təşkilatlarına maliyyə yardımı göstərən Saray… və AKP rəhbərləri, demokratiya və ölkəmizin əbədiliyinə qarşı ən böyük təhdiddir”, – bəyanatda vurğulanıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə