Ərdoğan İsraildəki təhlükədən danışdı
Ərdoğan İsraildəki təhlükədən danışdı
29 Noyabr 2016 / 17:10 / Baxış sayı: 908
Font1 Font2 Font3 Font4
Bizimxeber

İsraildə müsəlmanları ibadətə çağırışın – azanın məhdudlaşdırılması təhlükəli addımdır
Bizimxeber.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib: “Bizə gərginliyin artmasına deyil, problemin nizamlanmasına töhfə verən addımlar lazımdır. İsraildə son zamanlar müzakirə olunan azan məsələsini son dərəcə təhlükəli hesab edirəm. Bu addım nəinki fələstinlilər, eləcə də bütün müsəlmanlar üçün təhqiredicidir, heç kimə xeyir verməyəcək. Biz İsrailə rəsmi şəkildə narahatlığımızı bildirdik”.
Dövlət başçısı əlavə edib ki, daimi sülh üçün bir yol var – paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaratmaq.
Qeyd edək ki, İsrail parlamenti Baş nazir Benyamin Netanyahunun təşəbbüsü ilə Şərqi Qüdsdə və İsraildəki ərəb icmalarında azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinə baxılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə