Ərdoğan heç kimdən dəstək istəmir – “Özümüz həll edəcik”
Ərdoğan heç kimdən dəstək istəmir – “Özümüz həll edəcik”
07 Noyabr 2016 / 12:50 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, qərb Türkiyə üçün yaxşı heç nə etməyib və ölkə öz problemlərini müstəqil şəkildə həll etmək niyyətindədir.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir. “Qərb Türkiyə üçün yaxşı heç nə etməyib. 53 il ərzində Avropa İttifaqının astanasında saxlanılan Türkiyə qərbdən nə gözləyə bilər?”, – Ərdoğan bəyan edib. 

Türkiyə prezidenti bildirib ki, göstərilən səylər və bugünku tələbələrin yardımı ilə ölkə istənilən sınaqdan keçə bilər.  “Son üç il ərzində Türkiyə baş verənlərə qarşı fikrini dəyişib və özü üçün yeni yol müəyyənləşdirib”, – Ərdoğan əlavə edib ki, başqalarının nə deyəcəyi Türkiyə üçün maraqlı deyil. Türkiyə prezidenti, həmçinin xalqın rifahı və ölkənin çiçəklənməsi üçün əlindən gələni edəcəyini vəd edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə