Ərdoğan Belarusiyaya gedir
Ərdoğan Belarusiyaya gedir
08 Noyabr 2016 / 14:54 / Baxış sayı: 264
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Belarusa rəsmi səfər edəcək.

Bizimxeber.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Türkiyə prezidenti belaruslu həmkarı Aleksandr Lukaşenko ilə ikitərəfli görüş keçirəcək, regional məsələləri müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müxtəlif müqavilə və protokolların imzalanacağı gözlənilir. Bundan başqa, Türkiyə-Belarus ticarət forumu keçiriləcək.

R.T.Ərdoğanın Türkiyə Dəyanət İşləri Fondu tərəfindən tikdirilən Minsk məscidinin açılışnda iştirak edəcəyi də nəzərdə tutulub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə