Ərəb turistlər İsmayıllıda qəzaya uğrayıb: 2 ölü, 16 yaralı – ADLAR
Ərəb turistlər İsmayıllıda qəzaya uğrayıb: 2 ölü, 16 yaralı – ADLAR
30 Avqust 2016 / 15:28 / Baxış sayı: 846
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 29-da Qəbələdən Bakıya gələrkən İsmayıllı rayonu ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ərəb turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bizimxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı – Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.

13:34

Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb. Lent.az-ın azvision.az-a istinadən məlumatına görə, hadisə şahidləri xəbər verir ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə