Əməliyyat-axtarış işçiləri üçün YENİ SƏLAHİYYƏTLƏR
Əməliyyat-axtarış işçiləri üçün YENİ SƏLAHİYYƏTLƏR
09 Sentyabr 2016 / 13:21 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər təklif edilir.

Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə