Əməkdar artist oğluna toy etdi – Fotolar
Əməkdar artist  oğluna toy etdi – Fotolar
29 Sentyabr 2016 / 20:46 / Baxış sayı: 1348
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tanınmış azərbaycanlı ifaçı, Dağıstanın əməkdar artisti Bəsti Bəkirova bu gün oğlu Elşənə toy edir. 

İfaçının oğlu paytaxt məkanlarının birində Diana adlı xanımla nikah masasına əyləşib. Hazırda davam edən məclisi əməkdar artist Çingiz Əhmədov açıq elan edərək, sözü B.Bəkirovaya verib. O, isə övladının xeyir işində həyəcanlı olduğunu deyib: “Bu gün çox sevincliyəm. İlk bala toyu görürəm. Oğluma və gəlinimə həyatda gözəl günlər arzu edirəm. Bir ana kimi arzum budur ki, xoşbəxt olsunlar. Allah hər bir valideynə bu gözəl günü görməyi nəsib etsin”.

Gecədə xalq artisti Zümrüd Məmmədova, müğənnilərdən Manaf Ağayev, Sevil İsgəndərli, Nurlan Əzizbəyli, Faytonçu Nazim, Ruhəngiz Musəvi və başqaları da iştirak edir.

Qeyd edək ki, B.Bəkirova açıqlamasında oğlunun toyunun mediaya qapalı olacağını söyləmişdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə