Əli Həsənov Türkiyəyə getdi
Əli Həsənov Türkiyəyə getdi
24 Oktyabr 2016 / 17:50 / Baxış sayı: 782
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir. 

Əli Həsənov səfər çərçivəsində oktyabrın 24 də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. //Azərtac/



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə