Əli Abbasov bu dəfə ürəklə danışdı: “Barəmdə cinayət işi açılmayıb”
Əli Abbasov bu dəfə ürəklə danışdı: “Barəmdə cinayət işi açılmayıb”
26 Oktyabr 2016 / 14:35 / Baxış sayı: 850
Font1 Font2 Font3 Font4
Bizimxeber

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib. 

Sabiq nazir açıqlamasında deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır. O, hazırda evində olduğunu da əlavə edib.

Qeyd edək ki, bəzi KİV-də sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində ayrıca cinayət işi başlanması ilə bağlı xəbərlər yayılıb. Sabiq nazirin barəsində cinayət işinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrıldığı və ayrıca icraata verildiyi də iddia olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə