Əli Abbasov ayda 300 min manat xərcləməsi məsələsinə AYDINLIQ GƏTİRDİ
Əli Abbasov ayda 300 min manat xərcləməsi məsələsinə AYDINLIQ GƏTİRDİ
21 Noyabr 2016 / 15:55 / Baxış sayı: 944
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sabiq Rabitə və Yüksək Texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirib.

Əli Abbasov deyib ki, ümumiyyətlə, belə bir ifadə verməyib. Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərinin ilkin istintaq zamanı verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır: “Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb.

Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədiylə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəsislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirməsi, müxtəlif seminar konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirilib. Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının gücləndirilməsinə yönəldilib. Ancaq bu vəsəaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə