Əli Əhmədov: Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır
Əli Əhmədov: Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır
15 Oktyabr 2016 / 14:37 / Baxış sayı: 876
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Güman edirəm ki, həmsədr dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür”. Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Ə.Əhmədov qeyd edib ki, bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də təxminən buna bənzər bəyanat səsləndirilmişdi: “Həm Azərbaycan ictimaiyyətinin, həm də hökumətinin bu bəyanatlara kifayət qədər sərt reaksiyaları oldu. Azərbaycan vətəndaşlarının hər biri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzu edir. Hesab edirəm ki, status-kvonun yaxın zamanlarda dəyişdirilməsi regionda sabitliyin və əmin-amanlığın təmin olunmasının ən doğru yollarından biridir”.

Baş nazirin müavini bildirib ki, münaqişənin həll edilməsi üçün yaradılmış Minsk qrupunun həmsədr ölkələrinin rəsmiləri tərəfindən belə bəyanatların səsləndirilməsi Minsk qrupunun həmsədrlərinin öhdəliklərini yerinə yetirmək iddiasında, gücündə olmamaları anlamına gətirib çıxarır:

“Bu qurumun kifayət qədər səylər göstərdiyini də qeyd etmək istəyirəm, amma səsləndirilən bu cür bəyanatlar Minsk qrupunun fəaliyyət əmsalının üzərinə istər-istəməz kölgə salır”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə