Əl-Kaidə liderlərindən biri Suriyada öldürülüb
Əl-Kaidə liderlərindən biri Suriyada öldürülüb
23 Noyabr 2016 / 10:57 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ müdafiə naziri 18 noyabr tarixində Suriyada Əl-Kaidə terorçularının liderlərindən birinin öldürüldüyü xəbərini təsdiqləyib

Bizimxeber.az  xəbər verir ki, cümə günü terror təşkilatının liderlərindən sayılan əbu Əfqan Əl Masri qətlə yetirilib.

ABŞ müdafiə nazirinin mətbuat katibi Piter Kuk Pentaqonda təşkil edilən mətbuat konfransında bu barədə xəbər verib.

Əslən Misirdən olan və Əfqanıstanda Əl-Kaidə sıralarına qatılaraq Suriyaya köçən Əl Masri təşkilatın Suriya qanadının liderlərindən biri kimi tanınır.

Terrorçu Sirmata şəhərinə edilən hava hücumu nəticəsində ölüb. Əl Masri Əfqanıstandakı Amerika və koalisiya qüvvələrinə qarşı təşkil edilən bir çox hücumda iştirak edib.

Piterin sözlərinə görə, Əl Masrinin öldürülməsi bölgədə terror təşkilatlarına qarşı aparılan mübarizədə önəmli bir addım hesab edilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə