Əhəd Abıyev Eldar Mahmudovla dost olub
Əhəd Abıyev Eldar Mahmudovla dost olub
10 Avqust 2016 / 16:18 / Baxış sayı: 1688
Font1 Font2 Font3 Font4
Bizimxeber
İcra başçısı niyə məhz indi danışır?
Vətəninfo.az xəbər verir ki, sabiq millət vəkili,hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev sabiq MTN-nin şefi Eldar Mahmudovla aralarinda keçən söhbət və MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general Akif Çovdarovla söyüşməsi ilə bağlı xəbər bir neçə gün öncə mediada yayılıb.
Bu xəbərdə qeyd edilir ki, İcra başçısı MTN-nin oğurladığı iş adamını xilas edib. Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı iş adamları ilə yanaşı, həm də vəzifəli şəxsləri şantaj etməsi, onlardan haqq yığması ilə bağlı hər gün yeni faktlar açıqlandığı hər kəsə bəlli olsa da, Daşkəsənin icra başçısına yaxın olan iş adamlarının oğurlandığı barədə xəbər doğrudan da diqqətçəkicidir.Amma niyə və hansı səbəbdən Əhəd Abıyev bu hadisəni gizlədib bu müəmmadı. Çünki, bildiyimizə görə Eldar Mahmudovla Əhəd Abıyev Anadolu türkləri demiş” çox yaxın “kanka” olublar”. Hətta vaxt olub ki, bir masa arxasında belə bir-birlərinin şəninə badələr belə qaldırılıb. Digər bir tərəfdən Əhəd Abıyev ölkə prezidentinin Daşkəsən rayonunda rəsmi yerli nümayəndəsi idi. İcra başçısı rayonda tikinti işlərində iştirak edən iş adamlarının başına torba keçirildiyi an prezident administrasiyasına xəbər verə bilərdi,yaxud da daima medianın gündəmində olduğunu diqqətə alıb məsələni içtimailəşdirə bilərdi. Əhəd Abıyev niyə və hansı səbəbdən bunu etməyib, qaranlıq qalan budur. Eyni zamanda yayılan xəbərdə qeyd edilir ki, başlarına torba keçirilən iş adamı və mühasibi olub və onlar bankdan pul çıxaran zaman hadisə baş verib.
Qeyd edək ki,dövlət sifarişi ilə görülən işlər,yəni körpü və digər əhəmiyyətli obyektlər tender yolu ilə müəyyənləşir.Bu tenderlərdə iştirak edən şirkətlər,MMC-lər,tikinti şirkətləri qalib gəldikdə,işin 30-40 faizini həyata keçirdikdən sonra görülən işlərdə xərclənən vəsaitlə bağlı tətbiq edilən sənədləri Maliyyə Nazirliyinə göndərirlər və MN-yi görülən işlərə xərclənən vəsaiti həmin şirkətin hesabına yönəldir. Həmin şirkət də  üzərinə düşən öhdəliyə görə  işi tamamlamaq üçün əlavə materialların alınması üçün hesabına köcürülən vəsaiti məhz hansı malı hansı şirkətdən alıb o şirkətin hesabına yönəldir.Yəni əməliyyatlar həyata keçirilən zaman  vəsait nəqd şəkildə şirkət rəhbəri tərəfindən bankdan çıxarıla bilməz, yalnız işçilərin əmək haqqından başqa.Qeyd edək ki, Əhəd Abıyevin səsləndirdiyi açıqlamada söhbətin Qabaqtəpə kəndində körpü tikintisi ilə bağlı olduğu aydın olur.Bu körpünün tikintisinə isə dövlət tərəfindən təqribən 80-100 min manat vəsait ayrıldığı bilinməkdədir.Yəni Maliyyə  Nazirliyi birdən-birə 80-100 min manat vəsaiti həmin tikinti şirkətinin hesabına yönəldə bilməzdi.
Əhəd Abıyevin bu məsələyə aydınlıq gətirməsi də vacibdi.
Xatırlayırsınızsa hələ Əhəd Abıyev millət vəkili olduğu zaman Masallı rayonunda rayon mərkəzi bazarının müdiri Çingiz Həşimov və oğlu Yavər Həşimovun həbsindən sonra Əhəd Abıyev mətbuata bildirmişdi ki, o bir  neçə deputat həmkarı ilə Masallıya səfər edib və rayonda 4 minə qədər vətəndaşın iştirakı ilə aksiya keçirilib. O dövrdə Əhəd Abıyevin verdiyi açıqlama:”Çingiz Həşimovla oğlu qanunsuz həbs olunub və mən buna etiraz etmişəm. Bunu isə hansısa nazirlə əlaqələndirir və həmin adamla aramıza narazılıq salmaq istəyirlər. Amma belə bir hal yoxdur. Həşimovların həbsinin əsas səbəbləri araşdırılmalıdır. Həbsin səbəbi Çingiz Həşimovun iş adamı olmasıdır. Onun mənimlə heç bir yaxınlığı yoxdur”.
Göründüyü kimi Əhəd Abıyev  hakim partiyanın  millət vəkili olmasına baxmayaraq belə bir aksiyanı təşkil etmişdi və bu hadisədən sonra da cəzasız qaldı.
Əhəd Abıyevin  iş adamlarının başına torba keçirilərək MTN-nə aparılmaları və onun bu hadisəni bildikdən sonra Akif Çovdarovla və Eldar Mahmudovla hansısa şəkildə üz-üzə gəlməsi baş veribsə, icra başçısının baş verən hadisəni ölkə rəhbərliyindən gizlədibsə,deməli, Əhəd Abıyev də  MTN olayları ilə bağlı istintaqa çağrılmalı və niyə, hansı səbəbdən baş verən hadisəni gizlətməsi öyrənilməlidir.
Çünki, Əhəd Abıyev açıqlamasında qeyd edir ki, ona baş verən hadisədə bildiriblər ki,”neçə ildi icra başçısısan, bizi gəlib görmürsən”-deyilib. Belə çıxır ki,Əhəd Abıyevdən açıq şəkildə MTN-də rüşvət istənilib və o MTN-də rüşvət istənildiyi haqqında ölkə rəhbərliyini məlumatlandırmayıb.Niyə və hansı səbəbdən?
Bütün bunlara  yalnız və yalnız İcra Başçısı cavab verə bilər.\veteninfo.az\
Bizimxeber.az 
 


Əhəd Abıyev Eldar Mahmudovla dost olub yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə