Əhəd Abıyev Administrasiyaya çağırılıb – ÖZƏL
Əhəd Abıyev Administrasiyaya çağırılıb – ÖZƏL
10 Noyabr 2016 / 10:19 / Baxış sayı: 2380
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən hazırlanmış bayrağını yumruqla sındırıb. İcra başçısı bu hərəkəti ilə ermənilərə etirazını nümayiş etdirçək istəyib.  Amma həmişə irəli getmək istəyən amma sonluqda ciddi biabırçılıqla qarşılaşan Əhəd Abıyev bu dəfə də pəjmürdə olub. Üstəlik, bu hərəkəti ilə ciddi siyası səhvə imza atıb.

Belə ki, Ə. Abıyev Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb və tez-tələsik bayrağı sındıqmağa başlayıb.

Bizimxeber.az-a daxil olan məlumata görə, icra başçısına yaxın olan saytlarda yayılan bu şəkilə dərhal Kolumbiyanın Azərbaycandakı səfirliyi münasibət bildirib, narahatlıqlarını ifadə ediblər. Səfirlikdəki mənbələrdən daxil olan məlumata görə, səfirlikdən Azərbaycanın Xarici İşlər Naziriliyə zəng olunub və bu səhvin təkrarlanmaması xahiş olunub.

Bizimxeber.az-a daxil olan daha bir məlumata görə, hazırda Daşkəsənin icra başçısı Əhəd Abıyev baş verənlərə aydınlıq gətirmək üçün Administrasiyaya çağırılıb. Ə.Abıyevin bu diqqətsiz hərəkəti Kolumbiya-Azərbaycan arasında ciddi siyasi konflikt yaratmasa da, iki ölkə arasındakı möhkəm münasibətlərə kölgə sala bilər. Odur ki, hər kəs bu kimi məqamlarda ciddi və diqqətli olmalıdır.

Əhəd Abıyevi isə gələcəkdə nə gözləyir bax bunu hələlik heç kim bilmir….

Bizimxeber.az

 



Əhəd Abıyev Administrasiyaya çağırılıb – ÖZƏL yazısına 2 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə