Əgər qalib gəlməsəm çox uzun və rahat məzuniyyətə çıxacam
Əgər qalib gəlməsəm çox uzun və rahat məzuniyyətə çıxacam
12 Avqust 2016 / 14:51 / Baxış sayı: 716
Font1 Font2 Font3 Font4
Bizimxeber

Respublikaçılar partiyasının ABŞ prezidentliyinə namizədi olan Donald Tramp prezident seçkilərində uduzacağı təqdirdə planını deyib. Bizimxeber.az CNN-nə istinadən siyasətçinin fikirlərini bölüşür. 

“Diqqətlə məni dinləyin, yeganə etdiyim -doğrunu danışmaqdır. Mən yalanı kökündən vururam. Əgər 90 gün sonra mənə verilən səslər sadəcə siyasətçi kimi danışa bilməməyim səbəbindən olacaqsa burda narahatlığa heç bir əsas yoxdur. Halbuki mən ağıllı adamam və çoxlu gözəl ideyalarım var. Mən çox yaxşı həyat tərzimə geri dönəcəm. Buna çalışmıram , düşünürəm ki, qələbə bizim olacaq. Amma  yenə də zaman göstərər”, – o çıxışı zamanı vurğulayıb.

CNBC-yə intervyusundə isə vurğulayıb:” Mən yaxşı, çox yaxşı uzunmüddətli  məzuniyyətə gedəcəm”.

Bizimxeber.az xatırladır ki, Tramp dünən , 11 avqustda ABŞ prezidenti Barak Obamanı və öz siyasi rəqibi olan demokrat Hillari Klintonu “İslam dövləti” terror qrupunu yaratmaqda günahlandırıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 8 noyabrda baş tutacaq. RealClearPolitics-in seçkiqabağı sorğu nəticələrində isə hələlik Klinton Trampı 7.7 faiz qabaqlayır.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə